Dünya
Faciədə ölənlərin sayı 350 –yə çatdı
Mədən qəzasında ölənlərin sayı 350-yə yüksəlib.
“Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Manisa şəhərində “Soma” kömür mədənində baş verən partlayış və daha sonra yanğından sonra 205 nəfər ölüb və yüzlərlə yaralı var idi. Ancaq hal-hazırda hadisə yerində olan CHP-li millət vəkillərinin məlumatına görə ölənlərin sayı 350-yə yüksəlib.
Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız
hazırda axtarış-xilaetmə əməliyyatının davam etdiyini, amma zamanın
onların əleyhinə olduğunu deyib.
Yıldız baş verən hadisənin səbəbləri haqqında hələlik hər hansı bir
versiya irəli sürülməsinin tez olduğunu da vurğulayıb. Onun
sözlərinə görə, faktla bağlı cinayət xarakterli məsələlər üzə
çıxdığı təqdirdə cavabdeh şəxlər cəzalandırılacaq.
Xatırladaq ki, mədəndə partlayışa elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir. Taner Yıldız qəza vaxtı şaxtada 787 nəfərin olduğunu, hələlik yalnız 363 işçinin xilas edildiyini də açıqlayıb
Vüsal Tağı
-
Magazin208:48
Məşhur bəstəkar 95 yaşında vəfat etdi - FOTO
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz