Türkiyənin Qabar dağında neft hasilatı artır
Bizi izləyin

Region

Türkiyənin Qabar dağında neft hasilatı artır

Türkiyənin enerji mərkəzinə çevrilməsi istiqamətində mühüm addımların atıldığı Qabar dağında neft hasilatı artır. Hazırda bölgədə gündəlik hasilat 42 min 500 barelə çatıb. Bu rəqəmin iyun ayına qədər 50 min barelə yüksəldilməsi gözlənilir.

Publika.az xəbər verir ki, son vaxtlar keçirilən əməliyyatlar nəticəsində terrorçulardan təmizlənən Türkiyənin Şırnak vilayətində yerləşən Qabar dağı indi ölkənin neft mərkəzinə çevrilib. Bölgədə neftin aşkarlanması ilə başladılan fəaliyyətlər hər gün daha da artırılaraq davam etdirilir. Yeni kəşflər üçün “Şəhid Esma Çevik” neft sahəsində yerləşən dörd quyuda kəşfiyyat-qazma işləri davam edir. Daha on quyuda isə hasilatın artırılması ilə bağlı iş aparılır. Çətin ərazi şəraitində görülən işin ardıcıllığının pozulmaması üçün bölgəyə 350 kilometr uzunluğunda beton yol çəkilib. Bu, eyni zamanda çıxarılan neftin daşınmasını də asanlaşdırıb. Hazırda daşınma 200 barel tutumlu 250 tankerlə həyata keçirilir. Hasilat artdıqca daşınma üçün borulardan istifadə ediləcək. Bu məqsədlə 37 kilometr uzunluqda boru xəttinin tikinti prosesinə başlanılıb. Xəttin inşasının ilin sonunadək tamamlanması nəzərdə tutulur. Yeni xətt vasitəsilə bölgədən Şırnakın İdil rayonuna ötürüləcək neft buradan Hatay vilayətinin Dörtyol və Adananın Ceyhan rayonlarına çatdırılacaq.

Türkiyə dövlətinin bu ilin sonu üçün nəzərdə tutulan ən böyük hədəflərindən biri də Gabarda neft hasilatını 100 min barelə çatdırmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm