Qırmızı.az
Dollarla krediti olanlara ŞAD XƏBƏR: Problem Konstitusiya Məhkəməsinə çıxarıldı
Konstitusiya Məhkəməsi vətəndaşların banklardan dollarla götürdüyü kreditin ödənilməsi ilə bağlı problemə yaxın vaxtlarda aydınlıq gətirəcək.
Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərib.
Konstitusiya Məhkəməsindən Publika.az-a verilən
məlumata görə, sorğu və müraciətlərin icraata qəbul olunması
haqqında qərardadlar çıxarılıb.
Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə
Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin
edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, Mərkəzi Bankın fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra kredit götürən hər kəsi indi bir sual maraqlandırır – Kredit borcu hansı kursla qaytarılmalıdır?
Vətəndaşların banklardan dollarla götürdüyü kreditin ödənilməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Bir qisim kredit borcunu kreditin götürüldüyü vaxtkı məzənnə ilə, ikinci qisim isə aylıq ödəniş günü qüvvədə olan məzənnə ilə ödənilməsini iddia edir.
Amma bu gün banklara müraciət edən vətəndaşlardan kredit borclarını hazırkı məzənnə ilə ödənilməsi tələb olunur.
Məcəllənin 439.1-ci maddəsində qeyd olunur ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
439.2-ci maddədə isə qeyd olunur ki, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
Mülki Məcəllənin 439.7-ci maddəsində qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
Könül
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO