“Müharibə komediyadır, onu kənardan izləmək istəyirəm” – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Müharibə komediyadır, onu kənardan izləmək istəyirəm” – FOTOLAR

Bu sarışın zabit, “tamaşaçı” Avropanın düşünən beyinlərindən biri olacaq? ...

Rene Dekart çarpayıda keçirdiyi dəqiqələri düşünmək üçün ən uyğun zaman hesab edirdi...

“Cənablar, fransız qanına rəhm edin!”

Rene Dekartın ölümündən on üç il sonra Vatikan onun bütün əsərlərini qadağan olunmuş kitablar siyahısına daxil edir.

Uzaq İsveç krallığında basdırılmış, ölmüş əsərlər, kilsənin fikrincə, əsl təhlükə mənbəyi idi. Gün bu gün də kilsə xadimləri ona nifrət edir, onunla mübarizə aparırlar...

Filosof, fizik, riyaziyyatçı, anatom – Fransanın milli fəxri, qüruru Rene Dekart...

c

Dekart özü haqda yazırdı: “Anam məni dünyaya gətirəndən az sonra ağciyər xəstəliyindən vəfat edib. Anamdan mənə qalan quru öskürək və iyirmi yaşıma qədər malik olduğum solğun dəri idi. Həkimlər mənə erkən ölüm söz vermişdi”...

Ölümdən Dekartı normandiyalı süd anası xilas edir. Rene onun xətrini dünyalar qədər istəyirdi. Artıq böyüdükdən sonra süd anasına ömürlük təqaüd kəsmişdi.

Dekart IV Henrixin əsasını qoyduğu kolleclərdən birində təhsil alırdı. Onun tərbiyəsi ilə yezuitlər məşğul olurdu.

Nə qədər paradoksal olsa da, onun müəllimləri olmuş yezuitlər sonradan onun qatı düşməninə çevrilirlər - ciddi, sərt, ədalətli, ağıllı, hətta qayğıkeş və həssas yezuitlər. Onlar zəif, xəstə uşağa digər şagirdlərdən daha gec yuxudan qalxmağa icazə verirdilər.

Bu vərdiş Renedə ömürlük qalır. Səhər saatlarında çarpayıda keçirdiyi dəqiqələri düşünmək üçün ən uyğun zaman hesab edirdi.

Gənc Renenin oxumaqla arası yox idi. On yeddi yaşında onu yalnız atlar və qılıncoynatma maraqlandırırdı. Çox keçmir ki, o, kamerdiner və lakeylərin müşayiəti altında Parisə gəlir - içki məclisləri, sərxoşluqlar, kart oyunları. Qarşımızda boş, səfil həyatı sürən gənc zadəgan portreti durur. Tarixin müdrik insanları arasında onun adını təsəvvür etmək çətin və mümkünsüz görünürdü...

Günlərin bir günü Rene qohumlarından, içki yoldaşlarından gizli Paris yaxınlığında ev tutur və riyaziyyatı öyrənməyə başlayır. Dekart iki il müddətinə özünü riyaziyyata həsr edir. Bu iki il əsl sürgünü xatırladırdı.

İki ildən sonra yenə gözlənilmədən holland mundirini geyinib Avropanın canına düşür, o ölkədən bu ölkədən, o ordudan bu orduya...

Hərbi iş onu qətiyyən maraqlandırmırdı, atışmadan kənar dayanırdı. Dekart, sadəcə, qarşısındakı komediya səhnəsini izlədiyini qeyd edir, müharibənin tamaşaçısı olmaq istədiyini dilə gətirirdi.

Və yenə təsəvvür etmək mümkün deyil ki, illər sonra bu sarışın zabit, “tamaşaçı” Avropanın düşünən beyinlərindən biri olacaq...

1619-cu ilin 10 noyabrında Rene gündəliyində yazır: - “Mən möcüzəli açılışın əsasını anlamağa başlamışam”. Söhbət riyaziyyatın yeni bir qolu olan analitik həndəsənin əsasından gedir. Dekart, həmçinin, F. Engelsin “riyaziyyatın çevriliş nöqtəsi” adlandırdığı “dəyişən ölçü” anlayışını da yaradır. Bunu nə Nyuton, nə Leybnits etməmişdi...

Rene Dekart xoşagəlməz, şıltaq və paxıl insan idi. Başqalarının təriflənməsinə dözə bilmirdi. O, Qalileo Qaliley haqda yazırdı: - “Məni tanıyan insanlar çox güman ki, mənim Qalileydən yox, onun məndən oğurluq etdiyini anlayır”.

Evancelista Toriçellini və Paskalı da sevmirdi. Əgər hansısa alimlərin fikirlərinə istinad edirdisə də, onların adlarını qeyd etmirdi. Deyəsən, təkcə Uilyam Harveyi qəbul edirdi. Düzdür, Hyüqensə parlaq gələcəyi olduğunu söyləmişdi, amma bu sayılmır, çünki bunları şəxsi məktubda yazmışdı.

Özü isə ünvanına söylənilmiş “Əsrimizin yeganə Arximedi”, “Kainatın atlası”, “Qüdrətli Herkules” kəlmələrindən həzz alırdı. Amma bunlara baxmayaraq, bəzən bunların həqiqət olmasına şübhə edir, öz gücünə inanmırdı...

Uzun-uzadı səyahətlərdən sonra o, Parisə qayıdır, daha sonra Hollandiyaya yollanır. Burada iyirmi il yaşayır. Yaşayır deyəndə, azı on beş dəfə ünvanını dəyişir.

Dekart ən məşhur kitablarını Hollandiyada yazır: “Metod barədə fikirlər”, “İlk fəlsəfə haqda metafizik düşüncələr”, “Fəlsəfənin başlanğıcı”... Bu kitablar uzun illər elmin inkişafında təkan olub...

Anatomik tədqiqatlarını da Dekart Hollandiyada aparır, refleks mexanizmini açır, asanlıqla tibbdən astronomiyaya, astronomiyadan optikaya keçid alır...

Burada olarkən Rene elmi işlərinin vətənində necə qarşılanması barədə təlaşlı xəbərlər alır. Yezuitlərdən və onların tənqidindən qorxur, kiçik təriflərə sevinirdi. Qalileyin taleyi onu qorxudurdu... Bəzən yaxşı bacarmasa da, yuxarı dairələrə yaltaqlanırdı.

Gənc, şıltaq kraliça Renenin “tərif”lərindən məst olub, özünü elmlərin himayədarı kimi hiss etmişdi. O, Dekartın Stokholma gəlməsini istəyirdi. Ona məktublar yazır, ardınca hətta gəmi də göndərmişdi.

Kraliçanın onun nazı ilə oynaması Renenin xoşuna gəlirdi, belə olan halda, şıltaq kraliçanın təklifini qəbul edir. Yad ölkə, yad insanlar...

Dekart hər gün tezdən saat beşdə dəlisov kraliçanın istəyilə onunla fəlsəfə ilə məşğul olurdu. O isə günortaya qədər yataqda qalmağı o qədər sevirdi ki...

Səhər açılmamış saraya yollanan alimin bədəni soyuğa və küləyə dözmürdü... Bütün bu ziyarətlər sətəlcəmlə nəticələnir. “Cənablar, fransız qanına rəhm edin!” – deyə sayaqlayırdı.

Ölümündən öncə, 1650-ci ilin 11 fevralında Dekart ayağa qalxıb sakitcə: “Yola çıxmaq vaxtıdır” – söylədi...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm