Bu kino ki, var...
"Qaranlığı gözlə" - VİDEO - FOTOLAR
"Bu kino ki, var" layihəsi sizə əvəzedilməz aktrisa Odri Hepbernin ən sevilən bir neçə filmini təqdim edir...
"Roma tətilləri", 1953-cü il.
Kinematoqrafiyada ilk uğurlu addımını Odri Hepbern məhz "Roma
tətilləri" filmi ilə atdı.
"Roma tətilləri" bir şahzadənin Romadakı macəralarından bəhs edir.
Filmin süjet xəttində qeyri-adi heç nə yoxdur, hər şey çox sadədir,
hadisələr səssiz-səmirsiz bir-birini izləyir. Ancaq məhz bu
sadəlik, hətta belə demək olarsa, sadəlövhlük adıçəkilən filmi
qiymətsiz edir...
Filmin ağ-qara olmasını tamaşaçı son ana qədər hiss etmir. "Roma tətilləri"ni canlı edən bir neçə detal var. Bunlar təkrarolunmaz, Odri Hepbern, istedadlı və çox yaraşıqlı Qreqori Pek və əsrlərin şəhəri olan Romadır...
Film boyu Odrinin incə təbəssümü tamaşaçını məftun edir...
Şahzadə Anna roluna görə aktrisa "Oskar", "Qızıl Qlobus"
mükafatlarına layiq görülür, film özü isə əfsanəyə çevrilir...
***
***
"Tiffanidə səhər yeməyi", 1961 –ci il.
Yazıçı Trumen Kapotenin eyniadlı romanı əsasında çəkilmiş
"Tiffanidə səhər yeməyi" birmənalı olaraq, XX əsrin ən gözəl
filmləri siyahısında yer alıb.
Nəhəng və möhtəşəm Nyu-York şəhəri... "Tiffanidə səhər yeməyi"
filmi ekranlara çıxar-çıxmaz milyonlarla turist Nyu-York şəhərinə
axışdı. Filmin qəhrəmanları daim varlı sevgili axtarışında olan
yelbeyin gözəlçə və varlı qadınların hesabına yaşayan
yazıçıdır...
Film boyu dəbli geyimləri ilə gözqamaşdıran Odrinin şən, həyatsevər qəhrəmanı Holli Qolaytli özünəməxsus həyat fəlsəfəsi ilə tamaşaçını güldürür, çox vaxt isə düşündürür... Hər iki qəhrəman sonda hisslərinə təslim olur...
***
***
"Milyonu necə oğurlamalı", 1966-cı il.
Gözəl Odri Hepbern və Piter O’Tulun iştirakı ilə daha bir romantik komediya. Bu filmə əhvalınız olmayanda baxın, ruhunuza bir hüzn gələcək.
***
"Qaranlığı gözlə", 1967-ci il.
"Qaranlığı gözlə" filmi Odrinin yaradıcılığında horror janrında
olan ilk və son filmdir. Filmin rejissoru Terens Yanqdır.
Tənqidçilər bu filmi Xiçkokun çəkmədiyi ən yaxşı horror filmi hesab
edir.
"Qaranlığı gözlə"-nin qəhrəmanı avtomobil qəzasından sonra kor olan
Syuzidir. Bu filmlə Odri eyniamplualı aktrisa olmadığını sübut
etdi...
***
Aytən Cavanşir
-
Qoroskop13:1440 yaşdan sonra taleləri dəyişir: Bu 3 bürcü böyük dönüş gözləyir
-
Rəsmi xronika13:14İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO
-
Region12:00Ermənistanda MTX binasına “Molotov kokteyli” atan şəxs Paşinyana “qohum” çıxdı
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO
-
Dünya10:12Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
-
Nida Xəbər 09:45XİN: Bakının azad edilməsi...
-
Dünya09:36Moskvadan İrəvana Brüssel xəbərdarlığı: Yüksək qiymət ödənilməlidir
-
Nəqliyyat08:55Bakıda 18 istiqamətdə tıxac yarandı - Siyahı/Yeniləndi








.jpg)




.jpg)


.png)



.jpg)


















