Bu kino ki, var...
Ekranın cazibədar Kleopatraları – FOTOLAR
Misir çariçası "Kleopatra" böyük ekranlarda...
Ən məşhur Kleopatralar – Vivyen Li, Elizabet Teylor, Sofi Loren, Monika Beluççi...
Səssiz kino ulduzu Teda Bara, "Kleopatra", 1917. Rejissor Qordon Edvards
Bu film Amerika kino institutun axtardığı top-onluqda yer alır. Filmin büdcəsi o dövr üçün ağlasığmaz hesab edilir - 500 min dollar.
Səssiz filmin premyerası 1917-ci il, oktyabrın 14-də baş tutub.
Klodett Kolber, "Kleopatra", 1934. Rejissor Sesil. B. De Mill
Sarışın Kolber Klodett komediya aktrisası olsa da, bu rolun öhdəsindən gəlməyi bacarıb. İtalyan tamaşaçısı filmi "parodiya və yalan" adlandırmasına rəğmən, ABŞ-da Klodettin iştirakı ilə çəkilmiş "Kleopatra" bir neçə "Oskar" əldə etdi.
Şıltaq Vivyen Li, "Sezar və Kleopatra", 1945-ci il, Böyük Britaniya. Rejissor Qabriel Paskal
Vivyen Linin ifasında Kleopatra çox incə, zərif alındı. Ancaq aktrisanın "Küləklə sovrulanlar"dakı möhtəşəm oyunu bu filmdə təkrarlanmadı...
Seksual Sofi Loren, "Kleopatra ilə iki gecə", 1954, İtaliya. Rejissor Mario Mattoli
Film boyu incə yumor tamaşaçını məftun edir. Ancaq nəzərə almalıyıq ki, "Kleopatra ilə iki gecə" tarixi faktlardan çox-çox uzaqdır. Filmdə Kleopatranın adi kəndli ilə yaşadığı eşq macərasından bəhs olunur.
Gözəl Elizabet Teylor, "Kleopatra", 1963. Rejissor Cozef Mankeviç
Elizabet Teylorun iştirakı ilə çəkilmiş bu film Kleopatra haqda çəkilmiş ən məşhur filmə çevrildi. Film çəkilişləri zamanı aktrisa həyatının sevgisini də tapdı – aktyor Riçard Barton...
Film çəkilişləri bağlı bir neçə maraqlı fakt məlumdur. Elizabet soyuq İngiltərədə çəkilməkdən imtina edir və çəkilişlər İtaliyada davam etdirilir.
Leonor Varela, "Kleopatra", Almaniya/ABŞ, 1999. Rejissor Frenk Roddem
Çilili aktrisa Leonor xarici görünüşcə Kleopatraya uyğun olan yeganə aktrisalardan biri idi. Elizabet Teylor kimi, Leonor da burada sevgisini – Billi Zeyni tapır. Düzdür, sevgi alovu iki ildən sonra söndü...
Cazibədar Monika Beluççi, "Asteriks və Obeliks: Missiya Kleopatra", Fransa, 2002. Rejissor Alen Şaba
Monikanın hər səhnədə geyindiyi bahalı libaslar çəkilişdən sonra xeyriyyə məqsədi ilə auksionda satıldı.
Komediya janrında olan bu filmin də tarixi faktlarla heç bir əlaqəsi yoxdur. Tarixlə üst-üstə düşən yeganə fakt Monikanın baxışları idi - əsl kraliça baxışı...
Aytən Cavanşir
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov








.jpg)




.jpg)
.jpg)





















