Gizli tarix
Dinamofon susdu: "Yoldaş Stalin dünyasını dəyişdi" - GİZLİ TARİX
Molla oğlu komsomol
Məmmədov Əliabbas Abbas oğlu 1921-ci ildə Ucarın Rəstəcə kəndində dünyaya göz açır.
Orta təhsildən sonra Əliabbasın yolu Bakı partiya məktəbinə düşür.
Babaları QULAQ elan edilib, var- dövləti əlindən alınan Əliabbas (Ata babası Hacı Adgözəl bəy tanınmış bəylərdən biri olub. Ana babası Yüzbaşı Süleyman bəy olub.)sonralar 2 illik partiya məktəbini də bitirir.
Göyçayda yerləşən Komsomol partiya təşkilat katibliyinin məsul işçisi işləməyə başlayır.
Nəhayət, hər şey müharibənin başlaması ilə dəyişir.
Əliabbas 1941-ci ildə 416-ci Taqarnoq divizyası ilə Gürcüstana ordan Rusiyayanın müharibə gedən bölgələrinə yollanır.
4-cü tank diviziyasında döyüş yoluna başlayır. Belorusiya cəbhəsinin qanlı döyüşləri zamanı 1944-cü ildə ağır yaralanır və Leninqradda qospitalda müharibəyə daha yaramadığı üçün ezam edilir.
1-ci dərəcəli müharibə əlili kimi vətəninə dönür. Atası Molla Abbas vaxtilə tacir olsa da öz var-dövlətini kasıblara paylayıb yaşadığı kənddən çıxır və Ucar dəmir yolu stansiyasının yaxınlığında qamış ev tikir və mollalığa başlayır.
Əliabbas ı katib olur
Elə bu vaxt müharibədən yaralı qayıdan Əliabbas atasının qarğı evində məskən salır. Günlərin birində Mərkəzdən onun adına əmr gəlir: Komosomol partiya təşkilatının 1-ci katibi təyin edilir.
Mühairbə başa çatsa da , az sonra cəmiyyətdə ikinci repressiya dalğasına start verilir.
Qələbədən bir neçə ay sonra Əliabbas kabinetində oturduğu vaxt otağa 3 nəfər daxil olur.
Qara şlemdə olan şəxs ona rus dilində "dur, aparmağa gəlmişik səni" -deyir.
Əliabbas bu işin səbəbini öyrənməyə çalışsa da "adım Viktordur" deyən adam baş idarənin göstəriş var deyib onun qoluna qandal taxır və maşına əyləşdirib aparırlar.
Bağırovla görüş
"MK binasına pilləkənlərlə qalxırıq , gecə saat 3 olar, qapının arxasında dayanırıq, iki nəfər qolumdan tutur , Viktor isə otağa daxil olur. Bayırda dəhşətli külək əsir ailəmlə vidalaşa bilmədiyimə, ağsaqqal atamdan xeyir- dua ala bilmədiyimə görə çox məyusam.Viktorun səsi məni düşüncələrdən ayırdı.
O deyirdi: "İcazə olar, yoldaş Bağırov"
İçəridən səs gəlir:Gətirdiniz?
-Bəli,- deyə cavab verir,
Məni otağa salırlar. Yoldaş Bağırov" heç dəyişilməyib" eynəyinin altından mənə baxaraq deyir.0
- Mamedov, əyləş.
-Bunlarlamı?- qandalları göstərdim.
-Açın əllərini!
Və məni gətirənlər otağı tərk etdi.
-Mamedov, sən yaxşı yoldaşsan, fəal işçisən, müharibədə şücaətlərin çox olub.Gördüyün Viktor Moskvadan məhz sənin arxanca gəlib. Şəxsi işimi açıb qarşısına qoydu.
- Səbəb nədir, yoldaş Bağırov?
Susdu...dərin baxışıyla eynəklərini çıxarıb oturacağa söykəndi və "ATAN"- deyə cavab verdi.
-Nəsə olub atama?
-Yox atan molla olduğuna görə səni həbs etmişik.Molla övladı və komsomol -bu, məntiqsizdir.
-Yoldaş Bağırov, Molla Abbas mənim atamdır,ona görə canımdan keçməyə də hazıram , amma atamdan keçmərəm, əmrinizi gözləyirəm cəza nədir hazıram.
Bağırov dərhal ayağa qalxdı.
- Əliabbas, sənin iki yolun var: işindən imtina et ya atandan imtina et!
Çox düşünmədən qəti qərar verdim : qol çək çəkdim vəişimdən azad olundum.
Ucara geri döndüm.
Atama kömək etməyə başladım.
Dəmir yolunun yaxınlığında yaşadığımıza görə həmişə qatarların qabağına gedərdim.
Sahibsiz, yiyəsiz meyit olan kimi dəfn işini üzərimə götürür, maddi hesabımızla atam Molla Abbas mən və bizə qoşulan bir neçə nəfər o insanları dəfn edirdik.
Validəyinlərini itirmiş uşaqları evimizə gətirərdik, anam onlara paltar tikər, yemək verər yola salardı.
Mən isə Stalin həyatda olduğu üçün Moskvaya oxumağa gedə bilmədim.
Baxışları insanın ürəyini qopardan,dələn Bağırov məni azad buraxdığına görə hamı heyrətə gəlir və bunu mənə deməyə belə qorxurlar.
Stalinin ölümü xoşbəxtlik gətirdi
1953-cu ilin soyuq günlərinin birində küçədə oxuyan dinamfonlar birdən susdu və elan verildi: "Bu gün yoldaş Stalin dünyasını dəyişib".
İçimdə bir sevinc olsa da üzümdə kədər yarandı. Ürəyimdəki qəfəsin içində represiya, sürgün və ölüm qorxusu dolu olan bir bayquş uçdu.İnanırdım ki atamın duaları məni bu qorxu-təlaşdan bir gün azad edəcək".
1953- cü ilə qədər işsiz gəzən Əliabbas Stalinin ölümündən dərhal sonra yenə öz işinə, tutduğu vəzifəsinə qayıdır.
2007- ci ilin iyunun 1-ə qədər (Vəfatınadək ) Ucar rayonunda Böyük vətən müharibəsi əmək və mübariz Qarabağ veteranlar şurasının sədri kimi çalışır.
(Yazının əvvəli http://publika.az/p/19170)
(Davamı var)
Əziz Əlibəyli
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?




































