Gizli tarix
Fransız qəddarlığı: almanlarla əlaqədə olan qadınlar necə cəzalanırdı? – Fotolar
İkinci dünya müharibəsi bitdikdən sonra azad olunmuş ölkələrdə işğal müddətində faşist ordusunun əsgər və zabit heyətiylə yaxınlıq edən qadınların ovuna başlanıldı. Sivil Avropa ölkələri tarixin bu qaranlıq məqamları haqda danışmağı xoşlamasalar da, o vaxtkı hadisələr fotolentlərdə əbədiləşib. Bunu danmaq qeyri-mümkündür.
Avropa ölkələri arasında bu cür qadınların ən çox təhqir və zorakılığa məruz qaldığı ölkə Fransa oldu. Acı məğlubiyyət dadmış, ərazisi almanlar tərəfindən işğal olunmuş fransızlar, sanki neçə illər ərzində içlərində yığılmış kin-küdurətin acığını zavallı qadınlardan çıxırdılar.
Müharibə bitəndən dərhal sonra faşistlərlə intim əlaqədə olan qadınları tapmaq məqsədilə "L'épuration sauvage" adlı təşkilat yarandı. Bu təşkilat qısa müddət ərzində 30 min qadını geniş kütlə qarşısında ictimai məsxərəyə, təhqirə məruz qoydu. Zavallı qadınlar yük avtomobillərində əhalinin toplaşdığı meydana gətirilirdi. Minlərlə insanın qarşısında, söyüş, təhqir, fit sədası altında onların saçı dibindən qırxılır, alınlarına, bədənlərinə qızmar dəmirlə faşist embleminin damğası vurulurdu.
Bəzən isə qızları güllələyirdilər. Onların çoxu təhqirə dözməyib intihar edir, sağ qalanları 6 aydan bir ilədək həbs cəzası gözləyirdi.
Maraqlıdır ki, fransızlar bu qadınların almanlarla izdivacından doğulan uşaqlarına daha loyal yanaşırdılar. Tək Fransada 200 min belə uşaq doğulmuşdu. Yalnız körpələrin adları dəyişdirilir, onlara fransız adı qoymağa icazə verilirdi. Bu uşaqlara alman dilini öyrənmək də yasaq idi.
Beləliklə, qadınların əksəriyyəti öz övladından imtina etməli oldu. Somerset Moemin hekayələrinin birində bu hadisələrlə bağlı epizod var. Əsərin baş qəhrəmanı alman zabitindən doğulan övladını öldürür. Yəni hadisələr bir çox hallarda faciəvi sonluqla bitirdi.
Hazırda Avropada "Sərhədsiz ürəklər" adlı fransız-alman təşkilatı fəaliyyət göstərir. Təşkilatı elə atası alman zabiti, anası fransız olan, uşaqlığı internatda keçən şəxslərdən biri yaradıb. Qurumun 300 üzvü var. Onlar sənədləri araşdıraraq öz valideynlərini axtarırlar.
Qeyd edək ki, hazırkı Almaniya qanunlarına görə, müharibə dövründə Fransada doğulan, anası fransız, atası alman olan şəxslərə ölkə avtomatik vətəndaşlıq verir.
İlqar Atabəyli
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?




































