Gizli tarix
Fahişələri qətlə yetirən qatilin kimliyi tapıldı – FOTOLAR
Üstü açılmamış bu cinayət tarixçəsi haqda çox yazılıb, kitab yazılıb və bu barədə film çəkilib. Kriminalistləri çaş-baş salan tarixi cinayət haqda çoxsaylı nəzəriyyələr irəli sürülüb.
1888-ci illərdə Böyük Britaniyanı qorxuya salmış hadisənin səbəbkarı olan caninin kimliyi DNT analizlərinin nəticələrindən sonra bəlli olub. Britaniyalı alimlər seriyalı qətllər törədən Qarındeşən Cekin şəxsiyyətini müəyyən ediblər. Qarındeşən Cek – XIX əsrin ikinci yarısında Uaytçapel və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə verilmiş şərti ad olub. Qatilin qurbanlarının hamısı fahişələr olub. Qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən təsdiqini tapıb. Lakin Qarındeşən Cekin daha 20 insanı qətlə yetirdiyi güman edilir. Cek qeyb olduğundan bu cinayətlərin heç birinin üstü açılmayıb. Bu günədək ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyi ilə həmin cinayətin üstünü açmağa çalışırlar. Günümüzədək çatmış tək maddi dəlil isə qurbanlardan birinə aid olan şal olub.
Yerli mətbuatın verdiyi məlumata görə, Qarındeşən Cek, əslində, Uaytçapeldə bərbər işləyən polyak Aaron Kosminski olub.
Liverpul universitetinin molekulyar biologiya üzrə dosenti Yari Louhelaynen qurbana məxsus şalın üzərindən götürülmüş DNT analizi zamanı qatilin kimliyini tapıb. Geyim əşyası onu hərracların birindən alan biznesmen Rassel Edvards tərəfindən 2011-ci ildə təqdim olunub. Edvard müsahibə zamanı bildirib ki, cinayət ərazisində işləyən polis şalı öz arvadı üçün götürb. Güman ki, şal o vaxtdan yuyulmayıb.
Həkim Yari Louhelaynen şaldan götürülmüş DNT analizini qurbanların və cinayətdə şübhəli bilinən insanların qohumlarının analizi ilə müqayisə etdikdən sonra qatilin məhz Kosminski olması qənaətinə gəlib.
Cinayət törədilən vaxt Kosminskinin 23 yaşı olub və o, bərbər kimi çalışıb. Aaronun 2 qardaşı və bacısı olub. Kosminski 3-cü qətlin baş verdiyi ərazidə yaşayıb.
Artıq neçə illərdir caninin axtarışı ilə məşğul olan polis və həkimlər bununla da oğrunun "ələ keçdiyini" iddia edərək araşdırmanın bitdiyini güman edirlər.
Nura
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?




































