Gizli tarix
Hitlerin dequstatoru: “Hər an zəhərlənəcəyimizi düşünürdük”
Marqo Völk üçün yemək elə ölüm demək idi.
Çünki ağzına aldığı hər bir qida onun ölümünə səbəb ola
bilərdi.
Amma xoşbəxtlikdən, o zaman 25 yaşında olan Marqo və onun yoldaşlarına verilən vegetarian yeməklər qızları öldürməyib.
Marqo daha 15 qadınla birgə İkinci Dünya Müharibəsi zamanı Prussiya iqamətgahında Adolf Hitler üçün hazırlanan yeməklərin zəhərli olub- olmadığını yoxlayan qrupun tərkibində olub.
Hitlerin yeməklərinin dadına baxan qrupdan bu günədək sağ qalmış vaxta yeganə qadın - 96 yaşlı Marqo deyir: "Hər dəfə yeməkdən qabaq qızlar göz yaşlarına qərq olurdu. Onlar hər an zəhərlənəcəklərini düşünür, qorxurdular".
Britaniyalıların Hitleri zəhərləyə biləcəyi haqda şayiələr yayılmışdı. Ona görə də, fürer heç zaman ət yeməzdi. O, daha çox düyü, əriştə, bibər, noxud və gül kələmindən hazırlanmış qidalardan istifadə edərdi.
Marqo deyir: "Qızların bəziləri qorxularından yeməzdən əvvəl ağlayardılar. Biz yeməyin hamısını yeməli və sonra 1 saat gözləməli idik. Bu müddət ərzində xəstələnə biləcəyimizdən qorxurduq. Bir saat keçdikdən sonra sağ qaldığımız üçün sevincdən hönkürtü ilə ağlayardıq".
Marqo təsadüfən Hitlerin deqüstatoru olub. O, hər gün nəzarətçi tərəfindən məktəbdən götürülərək Hitlerin yeməklərinin dadına baxmağa aparılıb. Bununla belə, o, heç vaxt füreri görə bilməyib. O, hətta nəzarətçilərin biri tərəfindən də zorlanıb.
Almaniya 1945-ci ildə ruslar tərəfindən işğal edildikdən sonra onun həyatı daha da çətinləşib. Alman kanalına müsahibə verən Marqo deyib: "Biz yaşlı qadınlar kimi geyinməyə çalışırdıq. Lakin ruslar bizi soyundurub, 14 gün ərzində hər gün zorlayırdılar. Bu, dəhşət idi. O günlər qorxulu bir yuxu kimi unudulmur".
Marqoya bu vəziyyətdən xilas edən britaniyalı əsgər olub.
Nura
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
























.png)














