Gizli tarix
“Çox şadam ki, güllə sənə yox, mənə dəydi, dostum”
ABŞ Məxfi Xidmət Agentliyinin rəhbəri Culiya Pirson bu yaxınlarda istefa verdi.
Səbəb sadədir – Ağ Evə silahlı şəxsin daxil olması ilə bağlı insident olub. Sentyabrın 19-da Texas sakini, 42 yaşlı Omar Qonsales prezident Barak Obamanın rezidensiyasına daxil olmağa cəhd etmişdi. Saxlanılarkən onun üstündə 800 patron, balta və xəncər tapıldı. Omar keçmiş hərbçi idi. Ruhi xəstəlikdən əziyyət çəkirdi. Onu vaxtında zərərsizləşdirdilər, bununla belə, silahlı adamın prezident iqamətgahına bu qədər yaxınlaşması təşviş doğurdu.
Bu, ABŞ prezidentlərinə ruhi xəstələr tərəfindən edilən ilk sui-qəsd deyil. Belə hadisələr dəfələrlə olub.
Publika. Az ötən həftə prezident Ceksona sui-qəsd törətmiş Riçard Lourens və prezident Qarfildi öldürmək istəyən Şarl Gito haqda yazı vermişdi. Budəfəki qəhrəmanımız prezident Franklin Ruzvelti aradan götürmək istəyən Cüzeppe Canqara haqdadır.
"Yaşasın İtaliya"
Cüzeppe Canqara 1900-cü il oktyabrın 7-də İtaliyanın Kalabriya bölgəsində doğulmuşdu. 1917-ci ilin sentyabrından 1918-ci ilin oktyabrınadək İtaliya ordusunda hərbi xidmət keçmişdi. 1923-cü ildə əmisi ilə birgə ABŞ-a miqrasiya etmişdi.
Prezident Puzvelti öldürmək ideyası Cüzeppedə əvvəldən vardı. Səbəb sadə idı: Canqara əqidəcə communist idi və imperialist ölkənin başçısına nifrət edirdi.
Sui-qəsd 15 fevral 1933-cü ildə baş verdi. Həmin vaxt Ruzvelt artıq prezident seçkisində qalib gəlmişdi. Ancaq vəzifəsinin icrasına hələ rəsmi şəkildə başlamamışdı.
Həmin gün o, Mayamidəki "Beyfront" parkında kütlə qarşısında nitq söyləməyə hazırlaşırdı.
Cüzeppe Canqara da həmin parkda idi. Silahını alt paltarının altında hazır vəziyyətdə gizlətmişdi. Prezidenti ölümdən təsadüf xilas etdi. Əksər cənublular kimi, Canqaranın da boyu qısa idi. O, silahını çıxardı. Daha yaxşı nişan almaq üçün parkdakı stullardan birinin üstünə çıxdı. Ancaq stul sınıq idi, o, Canqaranın ayağı altında yırğalandı. Və bu, Franklin Ruzvelti daha yaxşı nişan almağa imkan vermədi.
Nəticədə güllə prezidentə yox, onun dostu, Çikaqo şəhərinin meri Anton Çermaka dəydi. Mer ağır yaralandı. Həkimlər səy göstərsələr də, onu xilas edə bilmədilər. 6 mart 1933-cü ildə Anton Çermak dünyasını dəyişdi.
Çikaqo merinin məzar daşında onun ölümqabağı prezident Ruzveltə söylədiyi son sözlər yazıldı : "Çox şadam ki, güllə sənə yox, mənə dəydi, dostum".
Polis hadisə yerində Canqaranı həbs edənədək o, daha 5 nəfəri yaraladı. Polis şöbəsində qısa ifadə verən Canqara dedi ki, prezidenti kapitalizmə nifrət etdiyi üçün öldürmək istəyib:
"Mənim əlimdə silah vardı, əvvəlcə prezidenti, sonra kralı və bütün kapitalistləri öldürmək istəyirdim".
Anton Çermakın ölümündən sonra məhkəmə Cüzeppe Canqaranın elektrik stulunda edam olunması haqda qərar çıxardı.
Ölümqabağı Canqara "Yaşasın İtaliya, düyməni basın, qorxaqlar" deyərək çığırdı. Elektrik stuluna verilən yüksək cərəyan bir andaca onun həyatına son qoydu.
İlqar Atabəyli
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi





































