Gizli tarix
Lenin siflisdən ölüb?
Publika.Az-ın məlumatına görə, alimlər Leninin siflisdən ölməsi ilə bağlı yayılan nəzəriyyələri rədd edərək, onun stressdən və ya zəhərlənmədən ölmə ehtimalını irəli sürüblər.
ABŞ-ın Kaliforniya Universitetinin nevropatoloqu Harri Vinters və rus tarixçisi Lev Luri Leninin 1924-cü ildə 53 yaşında ölməyindən bir qədər əvvəl bir neçə dəfə ürəkkeçmədən əziyyət çəkdiyini bildiriblər.
Doktor Filip Makoviak tibbi ekspertizanın Leninin beynindəki damarların həddən artıq sərtləşdiyini göstərdiyini bildirib.
O, siqaret çəkməyən və yanında siqaret çəkilməsinə icazə verməyən Leninin şəkər xəstəsi və həddindən artıq kök olmadığını da söyləyib.
Nevropatoloq Harri Vinters Leninin siflisə tutulduğu ehtimal edilərək ilkin tibbi üsullarla müalicə edildiyini, digər tərəfdən də simptomların və tibbi ekspertizanın onun siflisə yoluxduğunu sübut etmədiyini söyləyib.
Vinters Sovet liderinin atasının da 54 yaşında vəfat etdiyini və ata-oğulun damar sərtləşməsinə meyilli ola biləcəklərini bildirib.
Həkim deyib ki, ürəkkeçmənin baş verməsi üçün ən başlıca amillərdən biri stressdir. Buna görə də onun həddindən artıq stress keçirməsi ehtimal olunandır.
İnsanların daim Leninə sui-qəsd etməyə çalışdırlarını xatırladan Vinters, rus tarixçi Lev Lurinin Stalinin Lenini zəhərələməsi iddiasının da bir ehtimal olduğunu söyləyib.
Anar Əhmədov
Publika.Az
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
MDB09:19Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq













.jpg)
.jpg)
.jpg)





















