Gizli tarix
Stalinin müəmmalı ölümü – Sui-qəsd...
1953-cü il martın 9-da Moskva şəhərinin Qızıl meydanında SSRİ-nin banisi İosif Stalinin dəfn mərasimi keçirildi. Stalini bütün dünya tanıyırdı və ondan çəkinirdilər.
1953-cü ilin martında Stalinin ölümü bütün Sovet İttifaqını lərzəyə saldı. İddialara görə xalqlar atasının ölümü təsadüf olmayıb. Əzrayılı onun düşmənləri "dəvət" ediblər. Eyni zamanda söylənənlərə əsasən, düşmənləri "qırmızı rahib"i rəsmi ölümündən 6 il öncə o dünyaya yola salıblar. Bu versiya reallıqdan uzaq görünsə də, bəzi faktlarla tanış olduqdan sonra bunun real ola biləcəyi barədə fikirlər yaranır.
Uğursuz qəsd
Stalinin uzunmüddətli hakimiyyət dövründə onun həyatına cəmi bir neçə dəfə sui-qəsd təşkil edilib. O, 29 il dövlət rəhbəri vəzifəsini tutub.
İosif ətrafında elə bir qoruma halqası qurmuşdu ki, ona yaxınlaşmaq praktik olaraq mümkün deyildi. Kreml dağlısının ölümündən sonra yerli və xarici tarixçilər arxiv materialları əsasında aydınlaşdırıblar ki, İosif Stalini bir dəfə yox, bir neçə dəfə qətlə yetirməyə cəhd ediblər. İki dəfə yapon xüsusi xidmət orqanı əməkdaşları Stalini qətlə yetirmək istəyib. 1939-cu ildə Maçestedə Uzaq Şərq xüsusi xidmət orqanının əməkdaşı Lyuşkov millətlər atasına atəş açmalı idi. İkinci dəfə isə yaponlar Mavzoleyin altına mina yerləşdirmək istəyiblər. Tula hərbi qarnizonunun leytenantı Danilov da Stalini qətlə yetirməyə cəhd edib. 1942-ci ildə dezertir Saveli Dmitriyev hökumət maşınına atəş açır. O, elə bilirdi ki, Stalin avtomobildə oturub. Bu sui-qəsdlər təfərrüatı ilə araşdırılıb. "Böyük sıçrayış" əməliyyatı isə diversiyanın qarşısını almaq üçün əla misallardan biri sayılır. 1943-cü ildə Tehran konfransı zamanı Stalini qətlə yetirmək istəyiblər. Amma 1947-c ilin martında həyata keçirilən sui-qəsd barədə heç bir arxivdə material yoxdur. Bu isə belə də olmalıdır. Çünki bu qəsd nəticəsində Stalini nəinki öldürdülər, hətta işi elə qurdular ki, guya o, sağdır və sonra 6 il də böyük SSRİ imperiyasına rəhbərlik edib. Ən maraqlısı da odur ki, bunu heç kəs bilmədi. Məsələdən yalnız Stalinin yaxın ətrafında olan və qəsd planına daxil olan şəxslər xəbərdar idi. Qısası, baş vermiş dəhşətli cinayətin izləri qalmışdı. Bunu sezmək üçün baş verən hadisələri diqqətlə analiz etmək lazım idi. Bu barədə gizli arxivlərdəki yazılara və o illərə aid qəzet səhifələrindəki fotolara baxmaqla qərara gəlmək mümkündür. Bu illərdə Stalinin ölümü barədə dolaşan şayiələri nəzərə almasaq, heç kəs buna əhəmiyyət vermədi. Bununla belə, sübutlar çox idi və sadəcə, onlara diqqət yetirmək kifayət idi.
Qəfil xəstəlik
1947-ci il SSRİ üçün mürəkkəb bir dövr idi. Bu ildə bütün ölkə Böyük Oktyabr Sosialist İnqilabının 30 illik yubileyini qeyd etməyə hazırlaşırdı. Ölkəni müharibənin odundan-alovundan keçmiş, savaş sonrası sınaq illərindən üzüağ çıxmış Lenin kursunun təntənəsini möhtəşəm qeyd etmək istəyirdilər. Millətlər atası da bütün ölkə ilə birgə yubileyə hazırlaşırdı. Təbii ki, Stalin əlini-ağdan qaraya vurmayacaq, sadəcə, tədbirləri izləyəcəkdi. Eyni zamanda o, müntəzəm olaraq, dövlət kabinetini zərərli və tənbəlləşmiş silahdaşlarından təmizləməyi vəzifə sayırdı. 1947-c ildə İosifin əlində məhv ediləcək şəxslərin siyahısı var idi. Siyahı kifayət qədər böyük idi. Bu o demək idi ki, rəhbər növbəti "böyük təmizlik" işini həyata keçirmək istəyirdi. Bu əməliyyatın taranı missiyasını, yəni tarix arenasından "siyasi zibili" kürüyüb atan buldozer rolunu Stalinin ən sevimli sərkərdələrindən biri, müharibə qəhrəmanı marşal Jukov yerinə yetirməli idi. Əsas zərbə müharibədə birbaşa iştirak etməyən, amma müharibədən sonra əldə edilən uğura şərik çıxan, ölkədəki hakimiyyəti ələ keçirmək istəyənlərə qarşı yönəlmişdi. İlk növbədə onun hədəfi Beriya və Malenkov idi. Stalin anlayırdı ki, bu siyasi duet, hələlik, "yatsa" da, müşahidə mövqeyindədir - ölkəyə necə rəhbərlik edəcəklərini görür, bunun planını cızırlar. "Millətlər atası" Sovet hakimiyyətinin 30 illiyini yeni rəhbər işçilərlə qarşılamaq və qeyd etmək istəyirdi. O, istədiyinə nail oldu. Versiyalardan birinə görə, Beriya və Malenkov "qoca"nı qabaqladılar – Beriya hər zaman Stalini "qoca" adlandırırdı.
Beriya bilirdi ki, qəddar Stalin təmizləmə işinə başlayacaq. Onun bu barədə məlumatı var idi. Çünki Stalinə yaxın olan adamlardan Lavrenti Pavloviçə məlumat ötürənlər heç də az deyildi. Beriya bu dönəmdə SSRİ Nazirlər Kabineti sədrinin müavini vəzifəsini tuturdu və ölkəyə rəhbərlik edən Siyasi Büronun yeddi üzvündən biri idi.
Lavrenti Stalinin ətrafındakı insanları "təmizləmək", daha çox sadiq insanı rəhbərə yaxın işlərə yerləşdirmək üçün hər yola əl atırdı. Belə bir vaxtda Daxili İşlər Komitəsi rəhbərliyinə Viktor Abakumovun namizədliyini irəli sürdü. Abakumov öz növbəsində Beriyaya həddən artıq sadiq biri idi. Tezliklə Beriya Stalinin mühafizə xidmətinin rəisi general Vlasikə qarşı hiyləgər bir oyun qurdu. Nəticədə "Bağ evi"nin komendantı, Vlasikin işçisi Fedoseyev həbs edildi. General özü isə Stalinə qarşı sui-qəsd planlaşdırma maddəsi ilə ittiham edildi. Sonra isə Vlasik gözdən düşdü. Sui-qəsdçilərə də elə bu lazım idi. Stalinin ətrafında tanımadığı çoxlu insan peyda oldu. İosif, demək olar ki, onları tanımırdı, bu adamlara etibar etmək olmazdı. Təəccüblü deyil ki, 1947-ci ilin martında bu şərait həlledici rolunu oynadı. Stalin qəflətən ağır xəstəliyə mübtəla oldu və heç bir müalicə onun sağalmağına vəsilə olmadı. Rəhbərin 3 ay ərzində dünyasını dəyişdiyi xəstəlik sulgin dərmanını qəbul etdikdən sonra başladı. Bu dərmanı Stalin mədə-bağırsaq sistemində problem yarananda qəbul edirdi. Dərmanı qəbul etdikdən sonra onun sağlamlığında ciddi problemlər yarandı və nəticədə "millətlər atası" dünyasını dəyişdi.
Bu xəstəliyin tarixçəsi barədə arxiv məlumatları saxlanılıb. Stalinin yeməyi ciddi surətdə yoxlanılsa da, sui-qəsdçilər onu zəhərləyə bildilər. Heç şübhəsiz ki, bu işdə Beriyanın əli var idi. Çünki SSRİ dövlət idarəsində dolayısı yolla Beriyanın rəhbərliyi altında xüsusi laboratoriya fəaliyyət göstərirdi. Rəhbəri Georgi Mayranovski olan bu laboratoriya zəhər üzrə mütəxəssis yetişdirirdi. Ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada sirli və müəmmalı qətllər üçün nəzərdə tutulmuş zəhərləyici maddələrin hazırlanması və sınağı nəzərdə tutulmuşdu.
Stalin zəhərləndikdən sonra əzablı və asta addımlarla ölümünə yaxınlaşırdı. Silahdaşlarının qərarı ilə sui-qəsdə məruz qalan "millətlər atası" bundan sonra cəmi 3 ay yaşadı. Sonra isə, rəsmi məlumatlara görə, 1947-ci ilin iyununda hansısa möcüzə nəticəsində Stalin sağaldı. Amma əslində, o, dünyasını dəyişmişdi. Çox güman ki, 1947-ci ilin martında İosif artıq vəfat etmişdi.
"Ölü şir" kabusu
Başqa bir versiyaya görə, İosif Stalini heç kəs qətlə yetirməyib. Ölüm səbəbi səhhəti ilə bağlı olub. Müharibə dövründə onun sağlamlığı korlanıb və nəticədə "millətlər atası" dünyasını dəyişib.
İstənilən halda, bütün dünyaya rəhbərin öldüyünü bəyan etmək Sovet İttifaqının mövcudluğunu təhlükə altına qoyurdu. Almanlarla müharibə bitsə də, ölkə hələ qüvvəsini bərpa etməmişdi və soyuq müharibə dövrünün 1 ili geridə qalmışdı. SSRİ-nin düşmənləri sayılan ABŞ və İngiltərə atom silahına artıq sahib idilər və bundan Sovet İttifaqına qarşı istifadə etmək barədə plan cızırdılar. Amma Sovetlərin hələ də nüvə silahı yox idi. Stalinin ölümü SSRİ-nin nüvə silahı basqınına məruz qalmasına səbəb ola bilərdi. Amerika kəşfiyyatının əldə etdiyi məlumata görə, Stalinin əmri ilə SSRİ-də nüvə silahı hazırlamaq üzərində gərgin iş gedir və tezliklə, Qərbin bu sahədəki hegemonluğuna son qoyulacaqdı. Bu səbəbdən də, əgər Stalin dünyasını dəyişibsə, Sovetlər Birliyini nüvə silahı ilə bombalayıb, imperiyaya son vermək Qərb üçün əla plan idi. Eyni zamanda nəzərə almaq lazımdır ki, rəhbərin ölümündən sonra ölkədə hakimiyyət uğrunda mübarizə başlayacaqdı. Stalinin inkarolunmaz avtoriteti SSRİ rəhbərliyinə Şimali Avropa ölkələri və Çin respublikasının liderləri ilə mürəkkəb məsələləri yoluna qoymağa kömək edirdi.
Bu səbəbdən də, ölkənin yüksək rütbəli məmurlarından ibarət qrup "millətlər atasının" ölümünün gizli qalması, heç kəsin bundan xəbər tutmaması üçün hər çarəyə əl atdı. Dünyasını dəyişən rəhbəri gizli surətdə dəfn etdilər. Onun yerinə isə, Stalinin oxşarlarından birini təyin etdilər. 1930-cu illərin sonlarında İosifin bir neçə oxşarı var idi. "Millətlər atası"na həddən artıq bənzəyən oxşar oyuna qoşuldu. Amma söyləmək lazımdır ki, prosesin gedişində bəzi səhvlər oldu. Bu səhvlər isə, nəinki rəhbərin yanında olan şəxslərin, eyni zamanda siyasətdən uzaq insanların da diqqətini cəlb etdi.
Olduğu kimi qalan lider
1947-ci ilin mayında Stalin Mavzoleyin önündəki tribunada peyda oldu. O, hər zaman olduğu kimi, birinci cərgədə, ortada dayanmışdı. Onun sağında və solunda Şkiryatov və Budyonnı durmuşdular. Burada iki versiya səslənir: ola bilər ki, oxşar hələ də roluna hazır deyildi. Və ya Stalinin silah yoldaşları bunun necə qəbul olunacağını öyrənmək istəyirdilər. Görəsən, zəhmətkeşlər oxşarı necə qəbul edəcəkdilər? Sonra isə verilən reaksiyalar dəyərləndirilməli və yeni planlar tərtib edilməli idi. Xalqın reaksiyası dərhal özünü göstərdi. Bütün ölkədə Stalinin dünyasını dəyişdiyi, qəddar düşmənlərinin isə bunu xalqdan gizlətdiyi barədə şayiələr dolaşmağa başladı. Artıq tufan əlamətləri görünürdü. Bu zaman təşvişə düşən sui-qəsdçilər iki gün sonra oxşara yeni tapşırıq verdilər. O, kütlə qarşısına çıxmalı idi!..
Bu dəfə də problem yaşandı. Mayın 3-də Kremldə hərbi parad şərəfinə düzənlənən yalançı tədbirdə Stalin silahdaşlarının əhatəsində peyda oldu. Amma Stalinin oxşarı ona tapşırılan rola o qədər də alışmadığından, bütün gecə boyu bir dəfə də olsun ağzını açıb bir kəlmə söz işlətmədi. Bütün gecə boyu tost deyərək, səsini çıxarmayan "millətlər atası"nı qəribə baxışlarla süzən Molotov, rəhbəri vəziyyətdən çıxardı. Yəqin ki, yalançı Stalin rolunun sözlərini lazım olduğu kimi əzbərləyə bilməmişdi. Eyni zamanda, unutmaq olmaz ki, onun yanında Stalinin əvvəllər səsini və söhbətlərini canlı-canlı eşitmiş insanlar vardı. Əgər saxta rəhbər ağzını açsa, onlar məsələni anlaya bilərdilər.
Stalin mühitindən və burada hökm sürən qaydalardan xəbəri olan hər bir insan onun hənirtisini və pıçıltısını belə duyan yaltaqların birdən-birə cəsarətləndiyini anlaya, arxalarında qəddar rəhbərin olduğunu bilə-bilə necə zarafatlaşıb güldüyünü başa düşə bilərdi.
Bir ay sonra, 1947-ci il iyun 20-də, Rusiya Ali Sovetinin sessiyasının açılışında saxta Stalin yenidən "quş buraxdı". Rəyasət kürsüsünə qalxan "Stalin" adətən, oturduğu yerdə yox, arxa tərəfdə əyləşdi. O, burada tək oturaraq, Beriya, Bulqanin, Malenkov, Molotov, Mikoyan və digərlərindən ibarət söhbətcil və qızğın mübahisə edən dəstəyə qoşulmadı.
Bəlkə də, rəhbərin oxşarı əsl siyasi rəhbərlərin oturduğu məclisə yaxınlaşmağa özündə güc və cəsarət tapmayıb. Ya da ki ona konkret yer göstərərək, oradan çıxmamağı əmr ediblər.
Eyni ilin noyabrında, Oktyabr inqilabının 30 illik bayram tədbirində Stalin Mavzoleyin tribunasına qalxmadı. Bunun səbəbləri var idi. Birincisi, tribunada əsl Stalini tanıyan çox insan olacaqdı. Bu səbəbdən, saxta rəhbəri görüb, məsələni o dəqiqə anlayacaqdılar. Bu isə ciddi problemlərə səbəb ola bilərdi. Bu vəziyyəti əvvəldən görüb analiz edən sui-qəsdçilər oxşarı Mavzoleyə buraxmamaq qərarına gəldilər.
Bəs Stalinin oxşarı kim idi? Bəzi iddialara görə, Stalin rolunu Vinnisa sakini Yevsey Lyubski oynayırdı. O, real həyatda Stalinə həddindən artıq bənzəyirdi. Lyubski 1980-ci ildə Düşənbədə dünyasını dəyişdi. Sui-qəsdçilər tərəfindən ölkəyə təqdim edilən, 6 il "millətlər atası" rolunu ifa edən saxta Stalin isə, həqiqətən də, 1953-cü il mart 5-də vəfat edib. Çox güman ki, o da Beriya tərəfindən zəhərlənib. Tibbi ekspertiza aktları bunu təsdiq edir.
Həkimlər hökumət bağında ölən və son illər Stalin adı altında yaşayan şəxsin cəsədini ətraflı surətdə incələyiblər. Bu təhqiqatlara görə, həmin şəxsdə əsl Stalinin sahib olduğu anatomik xüsusiyyətlərin heç yarısı da yox idi. Həkimlərin rəyində sol əlin qüsuru barədə məlumat yoxdur (Stalinin dirsək və çiyin oynaqlarında atrofiya var idi). Eyni zamanda, ayaqların yoğunluğunun fərqli olması, sol ayağın barmaqlarının birləşməsi faktı bu qeydlərdə öz əksini tapmayıb.
1952-ci ildə Stalinin doğma qızı Svetlana atası ilə görüşür və onu tanıya bilmir. Svetlana öz xatirələrində yazır: "Qəribədir, atam siqaret və qəlyan çəkmir. Qəribədir, atamın sifətinin rəngi qırmızıdır. Adətən, onun siması tutqun olardı".
Svetlana atasının meyitini tabutda görəndə donuxub qaldı: "Sifəti tündləşərək dəyişilib. Zaman keçdikcə onun cizgiləri tanınmaz hala düşmüşdü".
Bununla belə, qeyd etmək lazımdır ki, Beriya və onun silahdaşlarının fırıldağı baş tutmuşdu. Amma nəticədə hər şey planlaşdırıldığı kimi olmadı. Ölkədə hakimiyyət başqalarına qismət oldu. Tarix bu dəfə də iştirakçılarla oyun oynadı.
Hikmət Həsənov
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO