Atamla anam sevişərkən... - Məşhur pakistanlı yazardan ŞOK SÖZLƏR - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Atamla anam sevişərkən... - Məşhur pakistanlı yazardan ŞOK SÖZLƏR - MÜSAHİBƏ

Jurnalistikanın bir üstünlüyü var. İnformasiya kasan hər gün bir az da dolur, maraqlı görüşlər, məkanlar, ən əsası insanlar tanıyırsan. Dilin, dinin fərqli olsa da, səni həmsöhbətinlə ünsiyyət, nəbzin, planet sevgisi birləşdirir. Həyatımda şəxsən tanıdığım ilk pakistanlı Aamir Qauri adlı yazıçı ilə Bakıda baş tutan mötəbər tədbirlərin birində tanış oldum. Onun bir cümləsi yaddaşıma möhürləndi: "Mən müsəlman kimi doğulub İNSAN kimi yaşamağa qərar verən canlıyam. Roma papasının qızıldan sarayı da, biznes mənbəyi ziyarətlər, ibadətgahlar da sevgi mənbəyim deyil. Mən insanı və onun Yaradanını sevirəm".

Publika.az-ın xüsusi qonağı Pakistan əsilli yazıçı, jurnalist, "The News" gündəlik qəzetinin redaktoru Aamir Qauridir.

- İnsan oğlu yarandığı gündən bəri həyatın mənasını axtarır. Var olmağın, yaşamağın mənası varmı? Ümumiyyətlə, bizim burada nə işimiz var?

- İnsan oğlunun yaşı biz zənn etdiyimizdən də qədimdir. Bu tapmacanın cavabını açmağa çalışan tək biz deyilik. Həyatın mənası əbədi mifdir və yalnız kifayət qədər ömür təcrübəsi olanlar bu mifi çözməyə çalışırlar. Biz niyə burdayıq? Məncə, bu sualı bizi bura yollayana vermək daha doğru olardı. “Klounların oyunu” adlı bu serialda öncə iki nəfər birlikdə xoş zaman keçirir, əsl yaradıcılıqla məşğul olurlar. Sonra biz doğuluruq. Adətən gəlişimiz də, gedişimiz də üçüncü tərəfin qərarına tabedir. Amma burada olduğumuz kiçik zaman kəsiyini qənaətbəxş şərtlər altında keçirtmək şansımız varsa, bir-birimizə yardım etməyə, sevməyə borcluyuq. Niyə? Çünki hamımızın Yaradanı birdir. Gec-tez əbədi həyat üçün onun yanına dönəcəyik. Bu, mənim gəldiyim nəticədir. Başqalarının razılaşmamaq haqqı var. Amma əbədi həyat öncəsi müvəqqəti mənzilimiz Yer planetidirsə, niyə sevgi, dostluq toxumlarımızı səpməyək?!

- Bəs o toxum səpdiyimiz torpaq, göydəki ulduzlar, bəşəriyyət, biz... Haradan gəlirik, necə var olmuşuq?

- Bilmək istərdim. Amma əminəm ki, valideynlərim illər öncə sevişəndən sonra mən adlı məhsulun bar verəcəyini planlamamışdılar. Onlardan daha müdrik bir qüvvə məni, bizi, bu dünyanın hər tozunu haradansa buralara yollayıb. Yəni əvvəlki məkanım, qət etdiyim məsafə, gəldiyim nöqtə qədər önəmli deyil.

- Necə düşünürsünüz, seçim hər zaman var? Yəni taleyə inanırsınız, yoxsa azad iradəyə?

- Həm hə, həm yox. Mən nə aliməm, nə də ilahiyyatçı... Amma qəlbən inanıram ki, çoxumuz bizim üçün çizilmiş yolla gedirik. Doğrudur, bizim doğulmağımız da, yaşadığımız həyat da özümüzün məntiqli qərarı deyil. Yəni bu dünyaya gəlişimiz və gedişimiz əbədi təzad olaraq qalır. Buradakı taleyimiz xüsusi mexanizm tərəfindən idarə olunur. Qəribə səslənsə də deyim ki, biz taleyimiz uğrunda mübarizə üçün proqramlaşdırılmışıq. Lakin bu faktın dərininə varsaq, dəli olarıq. Odur ki, gündəlik vəzifəmiz zənn edib sakitləşirik.

- Belə çıxır ki, ali qüvvəyə, Yaradana inanırsınız. Tanrının varlığını sübut, yaxud inkar etmək nə dərəcədə mümkündür?

- Əlbəttə, inanıram. Qəribə səslənsə də, buradakı zamanımın nə vaxt bitəcəyini də bilmək istəyirəm. Tanrının sübutu, yaxud inkarını axtarmağa gərək yoxdur. Axı çox nadir hallarda valideynlərimiz və digər doğmalarımızdan bizə bəslədikləri sevginin sübutunu tələb edirik. Qoy, Tanrı bizi sevsin, bizsə yaratdıqlarını...

Похожее изображение

- Kaş ki, dünya yalnız sevgi üzərində dönərdi. Təəssüf ki, xeyir və şər həqiqəti mövcuddur. İnsanların yaxşı və pis əməllərini hansı göstəriciyə əsasən ayırd etməliyik?

- Təbii ki, mövcuddur və bu həqiqəti danmaq olmaz. Lakin xeyir və şər, yaxşılıq və pislik insanların yaşamalı, duymalı olduğu həqiqətdir. Atılan bir addım mənə fayda verib sizin zərərinizə işləyə bilər. Etiraf edim, insan təbiətcə pisdir. Ömür boyu yaxşı olmaq, yaxşılıq etmək üçün çalışmalıyıq. Amma yaxşı ki, bu funksiyanı yerinə yetirən məhkəmə, qanun və hakimiyyət var. Yoxsa dünya xaosa bürünərdi.

- Bir az da yazıçılıq karyeranızdan bəhs edək...

- Məktəbdə təhsil aldığım vaxtlar atam məni qəzet oxumağa məcbur edirdi. Sonra isə oxuduğum materialı fərqli sözlərlə əvəzləyib qısa məzmununu yazmalı idim. Mən bu prosesə nifrət edirdim. Həmin vaxtda nə internet, nə də "google" vardı. Dərslərim bitən kimi kitabxanaya gedib lüğətlərdə sinonimlər axtarırdım. Beləcə, nifrət elədiyim məşğuliyyət bilik bazamı artırdı. Artıq məktəbimizin dram dərnəyi üçün pyeslər yazmağa başladım. Ölkə qəzetlərində romantik şeirlərim dərc edilirdi. Beynəlxalq şeir yarışmalarının qalibi olurdum. Amma gələcəyimi jurnalistika və köşə yazarlığı ilə bağlamaq ağlımın ucundan da keçmirdi. Buna baxmayaraq, həyatımın ən böyük ehtirası hekayə söyləməkdir. Sevdiyim məşğuliyyət üzərində pul qazanmaq isə xüsusi zövqdür.

- Standart jurnalistlər kimi yalnız iş saatlarında yazırsınız, yoxsa qrafikiz sərbəstdir?

- Hazırda Pakistanın ən məşhur ingilis dilli gündəlik qəzetinin redaktoruyam. Bir çox xarici jurnallar üçün də tələb olunan yazaram. Bu, isə o deməkdir ki, günün 14 saatını işdə keçirirəm. Bunu demək bir qədər ağır olsa da, yaradıcılığım ikinci plana keçib. Həftə sonları isə adətən sərbəst, azad oluram. Ruhuma topladığım düşüncələri yazıya çevirə bilirəm.

- Dediniz məktəb illərimdə nə internet nə də "google" vardı. Müasir jurnalistlərin işi bu baxımdan çox sadələşib. Sizcə, məsləkdaşlarımız informasiya və ideya qaynağını haradan əldə edə bilərlər?

- Qarşılaşdığınız hər bir insan danışan subyektdir, unikal mövzudur. Bəzən bir saatlıq söhbət saatlarla oxunan kitabdan, yaxud axtarış etdiyiniz internet portalından daha çox məlumat və yaradıcılıq mənbəyidir.

L’image contient peut-être : 1 personne, plein air

- Həyatınız Avropanın döyünən ürəyi London və əsrarəngiz İslamabad arasında tən yarı bölünüb…

- (gülür) İki fərqli həyat yaşayıram. İslamabad mənim üçün şəhərdən çox ofisdir. Bu şəhəri nəfəs almağa qoymayan bir sıra faktorlar var. Kinoteatra rast gəlməzsiniz. Teatr... Ümumiyyətlə, Pakistandan itib. Ədəbi fəaliyyət minimuma enib. İnsanlar idmanla məşğul olmur. London isə yaşamaq, nəfəs almaq üçün bütün imkanlara sahibdir. Odur ki, İslamabadda işləyib, Londonda yaşayıram (gülürük).

- Sizcə, rasizm nə vaxt öləcək?

- Heç vaxt. Çünki irqçilik bütün millətlər, insanlar arasında mövcuddur. Hətta bəzən bu keyfiyyət olmadan cəmiyyətlər inkişaf edib bir-birilə yarışda qalib gələ bilməz. Sonra isə intellekt, ağır fəaliyyət bahasına əldə olunan qalib digərini özündən aşağı görməyə başlayır. Digərləri üzərində istənilən emosional, fiziki, yaxud ağıl üstünlüyü irqçiliyə gətirib çıxarır. Çağdaş dünya irqçiliyin dərinləşib qloballaşması üçün hər şey edir. Bir sözlə, cəmiyyət gücləndikcə rasizm də kök atacaq.

- Rasizm ölmədiyi müddətcə savaşlar yaşayır. Bəs sizcə, silah bizi ölümdən qoruyur, yoxsa qorumaq üçün öldürür?

- Bütün silahlar öldürür. Lakin bəzən bir silah minlərlə canı ölümdən qoruyur. Bu mövzu çox təzadlıdır. Bəzən əlində bir silah tutmuş adam cibində 10 silah gəzdirəndən 10 qat daha təhlükəli ola bilər.

- Bütün silahların da savaşların da bir düşməni var - gözəllik. Niyə gözəlliyi mənəviyyatla bağlayırlar?

- Bu fəlsəfə ilə hər kəs razı olamaya bilər. Çünki çoxu iddia edir ki, mənəvi gözəllik yüksək keyfiyyət olsa da onu kəşf etmək, fərqinə varıb su üzünə çıxarmaq lazımdır. Bu gün çoxumuz daha çox fiziki gözəllik axtarışındayıq. Hər ikisini tapmaq isə həyatın ən böyük hədiyyəsidir. Hamıya ilahi hədiyyə arzulayıram.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm