Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO
Bizi izləyin

Xüsusi

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

Bütün fikir adamları eyni məntiqi əzbərləyir - elə mükəmməl qəlibə bürün ki, səninlə görüş tanrıya toxunmağa, günahlardan təmizlənməyə bərabər olsun. Təsadüfi deyil ki, Kəlküttəli Tereza Ana da bu fəsləfəni mühafizə edir. Bəs gəlin, görək, əsl adı Aqnes Qonce Boyaçı olan missioner anamız özü 87 illik ömrü boyu bu prinsipə sadiq qalıbmı? Gəlin, obyektiv düşünək. Hər birimiz kimin üçünsə mələk, kiminə görə də iblisik. Birinin doğma, digərinin ögey anasıyıq. Odur ki, milyonların pənah gətirdiyi kəsin üzərinə palçıq atmaq istəmirəm. Amma bir sıra paradoksları bölüşmədən də keçməyəcəm.

Təzadlı hal olsa da öncə sevgi misioneri Tereza ana haqda oxuduğum bir sıra məqamı nəzərinizə çatdırmaq istəyirəm. Bu yazının əsas suçlusu, qatili rəsmi şəkildə müqəddəs elan edən Vatikandır. Həmçinin bildirilir ki, yalançı Vatikanın müqəddəs don geyindirdiyi Tereza Ana qəddar və hiyləgər qadın imiş. Onun ucbatından minlərlə insan əzaba düçar olub.

Publika.az-ın məlumatına görə, Tereza “ölüm evləri”ndə saxladığı çarəsizlərə ağrıkəsici dərmanlar verməyi qadağan etmişdi. Orada yatan xəstələr ağılagəlməz səbəblərdən ölürdülər.

Картинки по запросу mat tereza

Mafioz Brusko deyirdi ki, Tereza ana müqədəsdirsə, mən də İsa Məsihəm.

Roma Papası Frensisk Romanın Müqəddəs Pyotr meydanına dəvət olunmuş minlərlə insanın önündə Tereza ananı müqəddəs elan etdikdən sonra bu qadının qaranlıq keçmişi haqda şayiələr yayılmağa başladı. Bəs əslində Aqnes Qonce Boyacı adlı saxta müqəddəs kim idi?

Terezanın Makedoniyanın hazırkı paytaxtı olan doğma şəhərinə qarşı münasibəti də mübahisəli idi. 1963-cü ildə Skopyedə zəlzələ baş verir. Təbii fəlakət nəticəsində 1000-dən çox insan ölür. O, öz rahibə ordeninin maddi gəlirindən zərərçəkmişlərə yardım etməkdən boyun qaçırır.

Tereza ana ölüm evində müalicə alan xəstələrə deyirdi: "Kasıblar öhdələrinə düşəni doğru qəbul etməlidirlər. Xaça mıxlanmış İsanın əzablarını duymalıdırlar. Dünya bu əzablar üzərində dönür. Acılarınız İsanın sizi öpməsinə bərabərdir".

Kasıbın acılarına müqəddəs don geyindirən Tereza özü xəstələnəndə isə qurduğu tibbi müəssisələrin xidmətindən imtina edib, Kaliforniyanın ən bahalı klinikasında müalicə almağa gedir. Görünür İsa ilə öpüşmək istəmirdi müqəddəs ana...

Tereza adlı qadın özünə sərf edən həyat həqiqətlərindən bir anda vaz keçirdi. Məsələn, o, abortlara qarşı idi. Hətta 1979-cu ildə Nobel mükafatının təqdimatında bildirir ki, dünyanın ən böyük təhlükəsi abortlardır. Bu, birbaşa savaş, insanların ana əlindən məhvi deməkdir. Bir müddət sonra rəfiqəsi İndira Qandi Hindistanda zorlanmış kasıbların sterlizə edilməsi qanununu qüvvəyə mindirəndə, o, bu kampaniyanı təsdiqlədi. 1993-cü ildə isə zorlandığı kişidən hamilə qalan 14 yaşlı qızı aborta görə cəzalandırdı.

Картинки по запросу mat tereza

Bütün dünyanı dolaşan Tereza, boşanmaları günah saydığını bildirsə də, rəfiqəsi şahzadə Diana boşananda, ailədə sevgi tükənibsə, bu qərarın doğru olduğunu qeyd etdi.

Tereza ana həm də deyirdi, dünyanı qurtarmaq istəyirsənsə, evə get, ailəni sev...

Kasıb və xəstələrə xidmət göstərən rahibələr konqreqasiyasının yaradıcısı, sülh üzrə Nobel mükafatı laureatı Aqnes Qonce 1910-cu il 26 avqust tarixində Makedoniyanın Skopye şəhərində katolik ailəsində doğulub. Aqata adlı bacısı və Lazar adlı qardaşı olan Qoncenin ailəsinin maddi rifahı kifayət qədər qənaətbəxş idi. Anası Drafile zamanının böyük hissəsini kilsədəki dualara və ehtiyac duyanlara yardıma sərf edirdi.

Qonce 9 yaşına qədəm qoyanda, biznesmen atası dünyasını dəyişir. Bu ölüm müəmmalı şəkildə baş verir. Hələ də onun serb agentləri tərəfindən qətl olunduğu haqda fərziyələr gəzir.

Məxfi materiallara əsasən Tereza ana uşaqlıqdan slavyan xalqlarına qarşı nifrətlə böyüyüb və daim onları məhv etmək arzusu ilə aşıb-daşıb. Hətta atasının da slavyanlara qarşı təşkilatın üzvü olduğuna görə öldürüldüyü məlum olub. Tereza ana serb dilində çox gözəl bilsə də Yuqoslaviyaya səfərlərində hər zaman qəsdən tərcüməçinin köməyindən istifadə edirdi.

İndi isə qayıdaq keçmişə... Əri dünyasını dəyişəndən sonra Drafile 3 övladı ilə tək qalır. Tikiş-toxuma işləri ilə çətin də olsa, gündəlik tələbatlarını ödəməyə çalışır. Bir neçə ildən sonra dul qadın 6 kimsəsiz uşağa da qapısını açır.

Günlərin bir günü 12 yaşlı Qonce gələcəyi ilə bağlı önəmli qərar verir. Hindistana gedib rahibə kimi ömür sürmək, kasıb və kimsəsizlərə yardım etmək istəyini dilə gətirir. 6 il sonra həddi buluğa çatan gənc qız İrlandiyaya yollanır. “Loresto bacıları” rahibə məktəbinə qəbul olunur.

Ötən əsrin 31-ci ilində Qonce müqəddəs rahibə Terezanın şərəfinə eyni adı götürür. Tezliklə məktəb onu Kəlküttəyə yollayır. Tereza buradakı Müqəddəs Mariya məktəbində 20 il ərzində müəllimə kimi çalışır. Bir müddət sonra isə “Sevgi təbliğ edən bacılar” konqerasiyasını yaradır. Bu qurumun əsas məqsədi dinindən, irqindən asılı olmayaraq məktəb, sığınacaq və xəstəxanaların inşasından ibarət olur. 1949-cu ildə Tereza ana Hindistan vətəndaşlığını alır. Tezliklə fəaliyyəti Hindistanın sərhədlərini aşır. Hazırda dünyanın dörd bir yanında onun təşəbbüsü ilə yaradılmış 400 şöbə fəaliyyət göstərir. Bura həmçinin 700 mərhəmət ocağı, “sülh evləri” də daxildir.

Картинки по запросу mat tereza

Tereza ana 1979-cu ildə “möhtac dünya insanına yardım” fəaliyyətinə görə Nobel mükafatına layiq görülür.

Bir sıra mənbələrə görə din təbliğatçısı Tereza ana tanrının varlığına heç vaxt ürəkdən inanmayıb və bu məchul ağrı dünyasını dəyişənədək davam edib. Hətta dəfələrlə ürəyindən əməliyyat olunan, kardiostimullaşdırıcı aparatla yer üzündən yapışan sevgi anasının nəbzi tanrısızlıq əzabı ilə susub.

Onun Tanrı kasadlığı son günlərində özünü bir daha sübut edir. Belə ki, həm də malyariyadan əziyyət çəkən “müqəddəs” Tereza özü inşa etdiyi xəstəxaların birində deyil, Kaliforniyanın ən bahalı klinikasında müalicə olunmağı üstün tutur.

Tereza ana 1997-ci ildə dünyasını dəyişir. Həmin dövrdə onun 123 ölkədə 4000-dən çox missioner çalışanı fəaliyyət göstərirdi.

2015-ci ildə isə müəmmalı hadisə baş verir. Roma Papası Fransisk bir braziliyalının beynindəki bədxasəlli şişin Tereza ana tərəfindən möcüzəvi şəkildə sağaldıldığı ilə bağlı açıqlama ilə çıxış edir.

2016-cı ildə isə Tereza ana kilsə müqəddəslərinin siyahısına daxil edilir.

Mən "Cəhənnəm mələyi" Tereza ananı Ancelina Colinin riyakar forması adlandırardım. Kobud bənzətməmi əsaslandırmağa izn verin. Ancelina Coli də imkan daxilində möhtaclara əl tutur, o da ateistdir. Amma inancsızlığını dini təbliğ edərək deyil, ruh bütövlüyü ilə əlaqələndirir.

Sonda isə həm özümə, həm dəm də sizli, bizli hamımıza örnək olacaq Tereza sitatı ilə nitqimə xitam verirəm.

"İnsanları qınayaraq, onları sevməyə zaman saxlamırıq".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm