Xüsusi
Kənan İmirzalıoğlunun azərbaycanlı oxşarı: “Fərqimiz odur ki...” - VİDEOLAYİHƏ
“Uşaqlıqdan aktyorluğa çox böyük həvəsim olub, baxdığım filmlərdə aktyorların rollarını təkrarlayır, onların dediyi frazaları əzbərləyirdim. Tale elə gətirdi ki, məktəbi bitirdikdən sonra sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə təqdim edə bilmədim. Çünki atam istəmirdi, bizdə ailələr adətən övladlarının aktyor olmasına razı olmur. Təbii ki, bu hissləri içimdə öldürə bilmirdim”.
Bu sözləri Publika.az-a müsahibəsində Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd deyib. Bu yaxınlarda “Nəsimi ili” çərçivəsində Bakı Bələdiyyə teatrının hazırladığı və “Azdrama”da səhnəyə qoyulan “Nəsimi” tamaşasında əsas rolu ifa edən sənətçi, karyerası və həyatı barədə suallara cavab verib.
“Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya getməyə qərar verdim. Ora gedəndə 23-24 yaşım var idi, həyatımın ən qayğısız illəri Rusiyada keçib. Orada biznes və restoran işləri ilə məşğul idim. Müəyyən səbəblərdən dolayı Bakıya qayıtmalı oldum”.
“Həyat çiçəyi” serialında xalq artistləri Fuad Poladov, Fəxrəddin Manafov kimi sənətkarlarla səhnə alan aktyor onlardan qazandığı təcrübəsini bölüşüb:
“Həyat çiçəyi”ndə Fuad Poladovun oğlunu oynayırdım. Həbsxana səhnəsində onu daha çox istədim, sanki atamla söhbət edirdim. Bir səhnədə öz dublumdan razı qalmamışdım, Fuad bəy bunu hiss elədi. Layihəni gürcülər çəkirdi, artıq avadanlığı yığışdırırdılar. Fuad bəy onlara yaxınlaşdı və dedi ki, mən öz rolumdan razı qalmamışam, olarmı bir dəfə də çəkək. Onda Fuad bəyin nəinki böyük sənətkar, həm də böyük insan olduğunun şahidi oldum. Onun içində qəribə uşaqlıq var idi. Böyüklərə sayğı, kiçiklərə sevgi ilə yanaşan adam idi”.
Aktyor Bakı Bələdiyyə Teatrının yeni direktoru, Xalq artisti Amaliya Pənahovanın qızı haqqında da fikirlərini bölüşüb:
“Nə yaxşı ki, Amaliya xanımdan sonra rəhbərimiz Aynur xanım seçildi. Aynur xanım Amaliya Pənahovanın yadigarıdır, çox gözəl rəhbərdir. O, da Amaliya xanımın getdiyi prinsiplərlə işləyir”.
Son günlərdə Nəsimi rolu ilə gündəmdə olan aktyor bu barədə də təəssüratlarını paylaşıb:
“Nəsimini uşaqlıqda, Rasim Balayevin rolundan sonra sevmişəm. Belə bir tamaşanın yenidən səhnəyə qoyulduğunu eşidəndə sevindim. Zahiri bənzərlik baxımdan gözləyirdim ki, seçilə bilərəm. Mükəmməl dərəcədə oynadığımı desəm, yalan danışaram. Özümdən razı qalmadım. Məşqlərdə daha yaxşı idim, sonuncu məşqdə sevindim ki, Nəsimini özümdə tapa bildim. Amma premyera günü özümdən razı qalmadım. Tənqid edənlər də, bəyənənlər də oldu. Təhqirə qarşı amansızam, amma düzgün tənqiddən bəhrələnirəm”.
Hazırda "Ata Ocağı" serialında rol alan aktyor sonda türkiyəli həmkarı Kənan İmirzalıoğluna olan bənzərliyindən söz açıb.


Aytən Məftun
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)

































.jpg)
