Xüsusi
Məşhur aktrisadan SƏMİMİ ETİRAF: “Başqa xarakterli qızsan, niyə elə rol oynamısan...” - VİDEO
“Rəssamlıq karyerasının ardınca getmədiyim üçün peşman deyiləm. Bilmirəm bunu necə adlandırım, təsadüf, ya zərurət... İllərlə Bübül adına orta ixtisas musiqi məktəbinə rəssamlıq dərslərinə getmişəm. Hər kəs, elə özüm də rəssam olacağımı düşünürdüm, lakin qabiliyyət imtahanına buraxılış vəsiqəsini almağa gecikdiyim üçün həyatımda dönüş oldu. O da incəsənətin bir qoludur, kinodan çox uzaq olmamışam”.
Bu sözləri Bakı Bələdiyyə Teatrının aktrisası, “Ata Ocağı” serialında Ləman obrazını canlandıran aktrisa Zülfiyyə Qurbanova Publika.az-a müsahibəsində deyib.
Bir neçə ay əvvəl “Mövsümün sonu” filmindəki roluna görə Rotterdam Beynəlxalq Kino Festivalında FİPRESSİ-nin mükafatını qazanan aktrisa rol seçiminə diqqətlə yanaşdığını deyib:
“Bəzən elə rol təklif olunur ki, görürəm bundan heç nə qazanmayacam, potensialımın heç iki faizi göstərilə bilməyəcəm. Görmüşəm ki, bu rol nə mənə, nə də tamaşaçıya faydalı heç nə ötürməyəcək. Nə isə xoşuma gəlməyəndə, çox etik şəkildə yox demişəm. Bu senzura deyil, aktrisanın seçimidir.
Səs-küylü obrazdan tutmuş, mənfi, yüngül həyat tərzi yaşayan, sevgi uğrunda mübarizə aparan və keşməkeşli ömür sürən qadına qədər bir çox rolları oynamışam”.
Aktrisa oynadığı rolların şəxsi həyatına mane olmadığını xüsusi vurğulayıb:
“Sənin şəxsiyyətin və təqdim etdiyi iş ayrıdır. Kimsə bunları qarışdırırsa, artıq heç nə deyə bilmərəm. Oynadığın və göstərdiyin obraz sənin peşəkarlığındır. Bəzən özümə də deyirlər ki, sən başqa cür xarakterli qızsan, niyə elə rol oynamısan... Elə fikirlərə qulaq asmıram. Hər deyilən sözə qulaq assaq, gərək onda heç nə etməyək”.
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?


































.jpg)
