Xüsusi
Bunu etməyənləri böyük cərimələr gözləyir - Ekspert BÜTÜN DETALLARI AÇDI/VİDEO
Yanvar ayının ilk günündən etibarən daşınmaz əmlakın icbari sığortasına ciddi nəzarət olunacağı, əmlakını icbari sığorta etdirməyən şəxslərin cərimələnəcəyi deyilmişdi. Son vəziyyət necədir? Cərimələnmə tətbiq olunacaqmı?
Bu barədə Publika.az-a sığorta eksperti İlkin İbrahimov danışıb. O bildirib ki, vətəndaşların maarifləndirilməsində ilk iş sığorta şirkətlərinin üzərinə düşür:
“Çox təəssüfləndirici haldır ki, vətəndaşlarımız cərimə edilməsin deyə hansısa addımlar atır. Vətəndaşlar daşınmaz əmlakın icbari sığortasını niyə aldıqlarını bilməlidirlər.
Vətəndaşların maarifləndirilməsində ilk iş sığorta şirkətlərinin üzərinə düşür. Sığorta şirkətləri hazırda çox xəsislik edir. Sosial şəbəkələrdə 3-5 dəfə reklam vermək istisna olmaqla, mətbuatda daha çox reklam vermədiyini görürsünüz. Bu, o deməkdir ki, onlar maarifləndirmə işlərinə pul xərcləmirlər. Bu halda vətəndaşlar kortəbii şəkildə nə edəcəklərini bilmirlər. Əlavə olaraq bir məsələ də var ki, sığorta şirkətləri də sığorta ödənişlərində vətəndaşlara bu günə kimi daha çox problemlər yaradıblar. Sığorta şirkətləri bir çox yerə sorğular yollayır, onların cavablandırılması bəzən aylar, illər çəkir. Əlavə olaraq da məhkəmə mübahisələri. Bu hallar aradan qaldırılmalıdır”.
Ekspertin sözlərinə görə, “kupça”sız evlərin icbari sığortasını etdirmək də mümkündür:
“Daşınmaz əmlakın icbari sığortasında konkret olaraq istisna hallar var. Belə ki, bir il ərzində söküntüyə düşən, qəzalı evlərə icbari sığorta tətbiq edilmir. Amma evin kupçası yoxdursa, yeni tikilidirsə, müqavilə əsasında sığorta etdirmək mümkündür. Sığorta hadisəsi olarsa, komendantdan arayış gətirməklə, problemin həlli mümkündür”.
Cərimələrlə bağlı danışan ekspert qeyd edib ki, hələ ki protokolun forması təsdiq olunmadığından cərimə tətbiq oluna bilməz:
“Cərimə mexanizminin tətbiq olunması ilə bağlı yerli icra hakimiyyəti nümayəndələri hazırda səlahiyyətlidirlər. Cərimə mexanizmində hələ də protokolun forması təsdiq olunmayıb. Buna görə də hələ ki cərimə tətbiq etmək mümkün deyil. Amma qeyd edim ki, ölkəmizdə seçki prosesi getdiyindən bu məsələnin ləngidiyini görürük. Seçkidən sonra bununla bağlı nəticəni görəcəksiniz”.
Sevinc Xanqızı
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
















.jpg)






.png)















