Xüsusi
Bu mənzillərin sahibləri cərimələnəcək? - Ekspert bütün DETALLARI AÇDI (VİDEO)
İcbari sığortalar haqqında qanunda belə bir maddə var. Əgər vətəndaş sığorta etdirməyibsə, sabah hansısa zərər dəysə, dövlət kömək etmək istəsə, zərərin yalnız 20 faizini verəcək. Bu baxımdan da vətəndaşlar üçün mənzillərini sığorta etdirmək yaxşı olardı.
Bu sözləri “Publika Tv”yə müsahibəsində hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, cərimələmə işini tətbiq etməli olan orqan yerli icra hakimiyyətidir:
“Vətəndaşı icbari sığorta etdirmədiyinə görə cərimələyən orqan yerli icra hakimiyyətidir. Yerli icra hakimiyyəti orqanı istəsə maarifləndirməni edə bilər, amma bu, onun vəzifəsi deyil. Onun vəzifəsi cərimələmə prosesi hansı qaydada və tarixdə olacağı barədə xəbərdarlıq etməkdir. Hamımız gördük ki, ötən ilin sonunda cərimələnməyə görə bir ajiotaj yarandı. Amma cəriməni tətbiq etməli olan qurum bu barədə heç nə danışmırdı. Bu orqan da hər rayonun yerli icra hakimiyyəti orqanıdır. O, bir neçə ay əvvəldən deməlidir bunu”.
Hüquqşünas bildirib ki, maarifləndirmə birbaşa Mərkəzi Bankın işidir:
“Sığorta bazarına nəzarət edən qurum Mərkəzi bankdır. Maarifləndirmə işini də o aparmalıdır. Mərkəzi bank ən az 3-4 ay hər yerdə - bütün kütləvi informasiya vasitələrində müxtəlif vasitələrlə reklam işi görülməlidir. Təkrar deyirəm ki, Mərkəzi Bank niyə susur?
Əvvəlcə Mərkəzi bank maarifləndirməni aparmalıdır, icbari olduğu halda daha sonra yerli icra hakimiyyəti xəbərdarlıq etməlidir ki, kim etmirsə, filan gündən etibarən cərimələyəcəyəm”.
Sevinc Xanqızı
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...












.png)












.png)













