Xüsusi
İdris Koçavalı Bakıda: "Bığsız gəlmişəm, çünki..." - MÜSAHİBƏ/FOTO
Türkiyənin tanınmış aktyoru, rejissoru və yazıçısı Ercan Kesal Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının özəl qonağı olub. 9 oktyabrda baş tutan görüşdə məşhurun imza günü keçirilib.
Ercan Kesal daha çox “Çukur” serialında canlandırdığı İdris Koçavalı rolu ilə məşhurdur.
Publika.az Bakıya ilk dəfə gələn aktyorla müsahibəni təqdim edir.
- Ercan bəy, Bakıya xoş gəlmisiniz. Sevilən aktyorun Bakı Beynəlxalq Kitab Sərgisinə əsərləri ilə birlikdə qonaq gəlməsi sevindiricidir.
- Təşəkkür edirəm. Aktyorluq, rejissorluq və yazıçılıqdan əlavə, ixtisasca həkiməm. Uzun illər həkim işləmişən, film dünyasına gec yaşda qatılmışam. Buraya da seriallardan tanığıdınız bir türk aktyoru olaraq gəlməmişəm. Bu gün yazıçı kimliyim daha çox ön plandadır. “Peri qazozu”, “Nasipse adayız”, “Cin aynası”, “Zaman izinde”, “Evvel zaman”, “Velhasıl”, “Bozkırda bir geceyarısı”, “Kendi işığında yanan adam və “Aslında” kitablarının müəllifiyəm. İlk kitabım “Peri qazozu” Türkiyədə 2012-ci ildə çapdan çıxıb və bir neçə il sonra “Pəri limonata” adı ilə azərbaycan dilinə çevrilib.
“Nasipse adayız”əsəri əsasında 2019-cu ildə lentə alınan eyni adlı filmin rejissoruyam. Yəqin ki, bundan sonra daha çox kamera arxasında olacam, aktyorluq ikinci planda qalacaq.
Bığsız gəlmişəm, məni tanımaqda çətinlik çəkə bilərsiniz. “Çukur” heyəti yeni seriala başlayıb, “Üç kuruş”da mən də çəkilirəm. Fərqlilik olsun deyə xarakterin bığı yoxdur. Bu dəfə “kabadayı” deyil, polis obrazı ilə qarşınıza çıxacağam.
- “Çukur” serialının Azərbaycanda da kifayət qədər izləyicisi olduğunu bilirdiniz?
- Serialın sevilmə səbəblərindən biri odur ki, güclü ailə mühitini və birliyini göstərməyə çalışmışıq. İnsanların bu gün ən çox ehtiyac duyduğu tərəflər şəfqət və dəstəkdir. “Çukur”da bunların ikisi də var. Lakin seriala yüklədiyiniz mənanı aktyorların kimliyinə yükləmək doğru deyil. Aktyor ona verilən mətnləri oxuyan və onu canlandıran bir insandır. Etiraf etməliyəm ki, düşüncələrimi yazdığım kitablar daha aydın ifadə edir.
- “Peri qazozu” kitabını səhv etmirəmsə, atanıza ithaf etmisiniz?
- Limonad seximiz var idi, uzun müddət, hətta tələbəlik illərimdə də atamın yanında “çıraqçı”işləmişəm. Satdığımız limonadın adı “Pəri” idi. Bəli, uşaqlıq xatirələrim bu kitabda toplanıb.
- Həm rejissor, həm də yazıçı kimi əsərlərinizdə insanlara vermək istədiyiniz mesaj nədir?
- Əsərlərimi sırf mesaj verməkdən ötrü yazmıram. İçimə çökən narahatlıq və kədər olur ki, onları sətirlərə köçürmək rahatlıq gətirir. Daxili hesablaşmalardan xilas olmaq üçün bu yola çıxırsan. Təbii ki, daha sonra o sətirlərin başqa sahibləri də meydana gəlir və sənə haqqında heç nə bilmədiyin həmdəmlərini tapmaq imkanı qazandırır. Bir-birinizi tanımasanız da, bir növ ruhən sizə yaxın olan insanlara məktub yazırsınız, ürəyinizi boşaldırsınız.
Məqsədiniz kiməsə mesaj verməkdirsə, səmimi olmayacaqsınız. Odur ki, mesaj vermək dərdim yoxdur. Rejissor kürsüsünə əyləşəndə də, iş prinsipim eyni qayda üzərində qurulur.
- İlhamverici qüvvəniz kədərdir?
- Atamın vəfatından sonra yazmağa başladım, hekayələrimin çoxunda atamın prototipi var. Yas duyğusunun və acının öhdəsindən gəlməyə çalışdım, insan yazaraq acıdan xilas ola bilir.
Anadoluda yoxsul bir ailədə çətinliklərlə böyümüş insanam. Zəngin olmasa da, insan həmişə bu dünya ilə barışmağın bir yolunu axtarır. Axtarışlarımı kitablarda kəşf etdim. Kitablar bizə başqa bir həyatın qapılarını açır. Demək ki, təxəyyülümdə qurduğum başqa bir dünyanı reallığa çevirmək mümkündür. Kitabar mənə bunu öyrətdi. Onlar sayəsində xəyallarımın izi ilə gedib istədiyim bir dünya qura bildiyimi kəşf etdim. Çox yazmağa başladıqdan sonra özünüzəxas bir üslubunuz formalaşır və güclənir.
Aytən Məftun
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı







































