Xüsusi
Böyük zəfərin başlanğıcı və gənc nəslin mübarizə əzmi
6.3.10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı zəfər kimi yazılıb. Cəmi 4 gün ərzində düşmənə ağır zərbə endirməyi bacaran Azərbaycan Ordusu Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndini, eyni zamanda Tərtər rayonun Qazaxlar kəndini, Suqovuşan istiqamətində yolları, Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etdi. Uğurlarımız cəmiyyət arasında ruh yüksəkliyinə səbəb oldu, vətəndaşlar bir daha əmin oldular ki, münaqişə sülh yolu ilə həll olunmadığı təqdirdə hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcək, erməni quldur dəstələrini ərazilərimizdən qovub çıxara biləcəyik. Aprel döyüşləri həm də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynadı. Azərbaycan gənci vətənin azadlığı uğrunda canını fəda verən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu şərəfli mübarizəsini özlərinə nümunə götürdülər.
İşğalçılara qarşı ölüm-dirim savaşında şəhid olan qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunələri, döyüş yolları, şücaətləri hərbi vətənpərvərlik tərbiyəsində ön plana keçdi, bu döyüşlər daha bir qəhrəmanlıq nümunəsinə çevrildi. Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi, burada qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Azərbaycanın Aprel döyüşlərində əldə etdiyi zəfər nəticə etibarilə 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinə zəmin yaratdı. Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”, Azərbaycan xalqının iradəsi, qəhrəmanlığı, Azərbaycan gəncinin əzmkarlığı, qorxmazlığı öz sözünü dedi və 44 günlük müharibədə zəfər qazandıq.src="/storage/files/upload/24f8b69ff4930d9acb9697e462a58982bf77a459.jpg" style="width: 780px; height: 519.674px;" class="fr-fic fr-dib fr-fil">Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva Publika.az-a bildirib ki, Aprel döyüşləri xalq mübarizəmizdə dönüş nöqtəsi oldu: “Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. 2016-cı ilin apreli də məhz bu qətiyyətin başlanğıcı oldu. Aprel döyüşləri Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Bu, ordumuzun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bir daha təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Aprel döyüşləri haqqında danışarkən ilk növbədə qeyd etməliyik ki, məhz bu döyüşlər bizim illərdən bəri apardığımız ədalətli mübarizənin, ərazi bütövlüyümüzün təmin edilməsi, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda apardığımız mübarizənin dönüş nöqtəsi oldu. Məhz Aprel döyüşləri sırasında işğal altında olan ərazilərimizin bir hissəsinin böyük əzmkarlıqla geri qaytarılması dünyaya, ilk növbədə də Ermənistana mesaj idi. Onlara bir siqnal idi ki, Azərbaycan öz torpaqları uğrunda hərb yolu ilə mübarizəyə hər zaman hazırdır və əgər müharibə olarsa, birmənalı olaraq qələbə Azərbaycanın yanında olacaq. Biz Aprel döyüşlərində öz sözümüzü dedik, işğal altındakı torpaqlarımızın bir hissəsini azad etdik. Bu, son deyildi. Düşünürəm ki, daha sonrakı qələbələr də öz kökünü Aprel döyüşlərindən alır”.
Millət vəkili qeyd edib ki, 44 günlük müharibənin, bu müddət ərzində əldə etdiyimiz hər bir zəfərin kökündə Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan gənclərinin vətənpərvərliyi, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyəti dayanır: “Bu zəfər 30 illik işğalla barışmayan bir xalqın, onun Müzəffər Ali Baş Komandanının böyük səyləri və həmrəyliyi ilə baş tutdu. 44 günlük müharibədə əldə etdiyimiz qələbənin arxasında illərdən bəri apardığımız mübarizə və bu mübarizənin ayrılmaz parçası olan Aprel döyüşləri dayanır. Aprel döyüşləri Azərbaycan gənclərinə örnək oldu, yeni nəsli 44 günlük Vətən müharibəsinə hazırladı”.src="/storage/files/upload/c5ad52c51a6bb0bc9d80a5c33968462a22fa9243.jpg" style="width: 765px; height: 510px;" class="fr-fic fr-dib fr-fil">Üçüncü Ordu Korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Aprel döyüşləri gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsində, vətənpərvərlik hisslərinin tərbiyəsində və ordumuzun qəhrəmanlığı baxımından Azərbaycan hərb tarixində özünəməxsus yer tutub: “İşğal dövründən sonra birinci dəfə idi ki, Azərbaycan işğalçıların atəşkəsi pozmasına və təxribatına belə bir formada cavab verirdi. Biz onlara həmişə lazımi cavabı verirdik, ancaq miqyasına görə Aprel döyüşləri bunlardan böyük idi. Talış istiqamətində olan yüksəkliklərdən və Lələtəpədən Azərbaycanın yaşayış məntəqələri mütəmadi olaraq iriçaplı atəş vasitələrindən, hətta artilleriya minaatanlardan atəşə tutulurdu, mülki əhaliyə təhlükə yaranır, infrastruktura zərər vurulurdu. Aprel döyüşlərində əldə etdiyimiz zəfər nəticəsində həmin yaşayış məntəqələrinin təhlükəsizliyi təmin edildi. Bu, həm də ilk olaraq Azərbaycanın öz torpaqlarını azad edəcəyi ilə bağlı bir mesajı idi. Beynəlxalq geosiyasi arenada bu məsələnin ciddi olaraq qaldığı halda həll edilməməsi, ancaq hər an Azərbaycanın öz torpaqlarını real güc vasitəsilə azad edə biləcəyi ilə bağlı bir siqnal idi. Məhz Aprel döyüşlərindən sonra Minsk qrupu aktivləşdi və müəyyən proseslər getdi”.
Polkovnik vurğulayıb ki, Aprel döyüşləri kimi çətin sınaqdan Azərbaycan xalqı uğurla keçdi və xalqımız qısa bir zamanda Azərbaycan dövlətinin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşə bildi.
Şair Ramaldanov Aprel döyüşlərində Azərbaycan gəncinin əzm və böyük vətənpərvərlik nümayiş etdirməsindən danışıb. O bildirib ki, Aprel döyüşləri Azərbaycan gəncinin əzmini, mübarizliyini, qəhrəmanlığını, Vətən yolunda canından keçməyə hər an hazır olmasını bir daha göstərdi: “Fərqi yoxdur, hansı sahəni təmsil edir, iqtidardır və ya müxalifət, bütün xalq öz torpaqlarını işğalçılardan azad etmək üçün hazır olduğunu nümayiş etdirdi. Daha sonra xalqın dəstəyini 44 günlük Vətən müharibəsində də gördük və qələbə qazandıq. Azərbaycan gəncləri Aprel döyüşlərində də, 44 günlük müharibədə də özlərini əsl ətənpərvər göstərdilər. Paytaxtda, döyüş gedən ərazilərdən uzaqda onlar savaşa qoşulmaq üçün ayağa qalxdılar, elə bir rayon, kənd yox idi ki, orada gənclər çıxıb öz dəstəyini açıq-aydın göstərməsin. Minlərlə Azərbaycan gənci səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Döyüş gedən bölgələrdə də gənclər öz köməyini təklif edir, hətta döyüşlərə qatılmaq istəyirdilər. Biz bunun qarşısını almaq üçün orada müəyyən postlar qoyduq ki, Azərbaycan Ordusunun hələ ki, buna ehtiyacı yoxdur”.
Polkovnik əlavə edib ki, Azərbaycan Ordusu bu döyüşlərdə qarşısına qoyulan tapşırıqları uğurla yerinə yetirən bir ordu kimi özünü göstərdi və düşmən Azərbaycanın gücünü gördü: “Qısa zamanda onların 20 ildən çox qurduğu müdafiə mövqelərini və hətta keçilməz hesab etdikləri “Ohanyan səddi” mifini Azərbaycan Ordusu dağıtdı və o yüksəklikləri azad etdi. Biz Aprel döyüşlərindən sonra həm də geosiyasi arenada hədəflərimizi gördük. Aprel döyüşləri başladığı andan beynəlxalq qurumlar, o cümlədən də Rusiya bu məsələdə birmənalı olaraq Azərbaycana ola biləcək mümkün riskləri və təzyiqləri göstərdi. Prezident İlham Əliyev diplomatiya sahəsində qarşıya hədəflər qoydu. Ali Baş Komandanın yürütdüyü müdrik, düzgün siyasət Azərbaycan Ordusunu döyüşlərə mane olan risklərdən qorudu. Təzyiqlər var idi, ancaq onlar döyüşlərə təsir edə bilmədi. Daha çox beynəlxalq qurumların işğalçılara verdiyi dəstək, Azərbaycanı güc variantından çəkindirmək, döyüşləri dərhal dayandırmaq tələbi ilə çıxışları heç bir nəticə vermədi. Azərbaycan gənci, Azərbaycan insanı öz sözünü 44 günlük Vətən müharibəsində də dedi. Ali Baş Komandanın qoyduğu tapşırığı uğurla yerinə yetirərək işğalçı qüvvələri darmadağın etdi, torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüzü bərpa etməyə qadir oldu. Buna görə də Vətən müharibəsi Aprel döyüşlərinin davamı kimi qiymətləndirilir”.src="/storage/files/upload/52b85dcb7a1a5c81783daf244d4e4bbf135be4a3.jpg" style="width: 782px; height: 534.892px;" class="fr-fic fr-dib fr-fil">
Aprel döyüşlərinin tarixi əhəmiyyətinə toxunan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, bu döyüşlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun modernləşdirilməsi, onun müdafiə və hücum gücünün yüksəldilməsi, müasir hərbi texnika ilə təchiz edilməsi, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların son dərəcə səmərəli olduğunu real döyüş meydanında isbatlayıb: “Aprel döyüşləri 8 Noyabr zəfərinin ilk qaranquşudur. Bu döyüşlər Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərində tam və parlaq qələbəsi ilə başa çatıb. Nəticədə düşmənin müdafiə xətti yarılıb, bir sıra yüksəkliklər düşmən işğalından azad edilib, canlı qüvvəsinə və texnikasına sarsıdıcı zərbə endirilib. Aprel döyüşlərinin digər mühüm əhəmiyyəti bu döyüşlər zamanı müxtəlif qoşun növləri və hərbi birləşmələrin fəaliyyətinin vahid mərkəzdən idarə edilməsi, onların əlaqələndirilməsi və s. kimi mürəkkəb məsələlərin real döyüş şəraitində test edilməsi, təcrübədən keçirilməsi oldu. Bu döyüşlər göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrində müxtəlif qoşun növləri və hərbi birləşmələrin fəaliyyətinin çevik və effektiv şəkildə əlaqələndirilməsi, bütün hərbi birliklərin fəaliyyətinin bir mərkəzdən idarə edilməsi istiqamətində görülən işlər kifayət qədər səmərəli olub. Məhz bütün bu amillər nəticə etibarilə Aprel döyüşlərində ordumuzun qalibiyyətini, onun zəfərini zəruri etdi”.
Polkovnikin sözlərinə görə, Aprel döyüşləri siyasi baxımdan da əhəmiyyətli oldu: “Hər şeydən əvvəl bu döyüşlər və onun qürurverici nəticəsi göstərdi ki, Qarabağ probleminin güc yolu ilə həlli perspektivinin mövcud olmadığı ilə bağlı qlobal güclər, aparıcı dövlətlər tərəfindən səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Əksinə, bu döyüşlər sübut etdi ki, problemin hərbi müstəvidə həlli perspektivi mümkündür və bu perspektiv səmərəsiz diplomatik danışıqlardan daha real nəticələr vəd edir. Necə ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun uğurlu əks-hücumu Qarabağ probleminin hərbi yolla həllinə start verdi və bu cəhd cəmi 44 gündən sonra xalqımızı böyük zəfərə qovuşdurdu. Aprel döyüşlərindən 6 il ötsə də, bu döyüşlərin gedişatı, həmin döyüşlərdə iştirak edən igid hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar öyrənilməkdə, təbliğ edilməkdədir. Əminəm ki, illər, əsrlər keçsə də, Aprel döyüşləri və onun hərbi-siyasi, o cümlədən tarixi əhəmiyyəti unudulmayacaq, bu döyüşlərin 8 Noyabr zəfərinə açdığı cığır, bu cığırın şanlı yolçuları əbədi ehtiram hissi ilə yad ediləcək”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
src="/storage/files/upload/db9667fcc768f1a67dfe678dd41273422cbfe50d.jpg" style="width: 820px; height: 519.333px;" class="fr-fic fr-dib fr-fil">
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...