Xüsusi
Mayor Yaşar Babazadə: “Düşmən Azərbaycan Ordusunun qarşısında aciz qalmışdı...”

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin baş zabiti, 2016-cı ilin aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, mayor Yaşar Babazadə Publika.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
Tanıtım: Mayor Yaşar Babazadə 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 2016-cı ilin aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib. Vətən müharibəsi zamanı aparılan döyüş əməliyyatlarının gedişində yaralanıb. İşğal olunmuş rayonların azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında nümayiş etdirdiyi şəxsi igidlik və şücaətə görə bir sıra medallarla təltif olunub. Hal-hazırda Hərbi Polis İdarəsində xidmətini davam etdirir.
– Cənab mayor, 44 günlük Vətən müharibəsində döyüş yolunuz hansı ərazilərdən keçib?
– Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılmışam. Sentyabrın 27-dən Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən əks-hücuma keçmişik. Sonra Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində döyüşmüşəm. Sonrakı tapşırıqlarda Füzuli istiqamətində döyüşlərdə iştirak etmişəm.
– Müharibə zamanı da Hərbi Polis İdarəsində xidmət edirdiniz?
– Xeyr, mən müharibədən qabaq N saylı hərbi hissədə xidmət edirdim. Döyüşlərdə də həmin hərbi hissənin tərkibində iştirak etmişəm.
– Döyüşlərdə hansı qismdə iştirak etmisiniz? Yəni, hansı vəzifəni daşıyırdınız?
– İxtisasım rabitəçi olduğu üçün mən N saylı hərbi hissədə rabitəçi kimi idarəetmə işinin təşkili ilə məşğul olmuşam.
– Vətən müharibəsində xüsusi radioelektron mübarizə vasitələrinin rolu barədə nələri qeyd edə bilərsiniz? Bu sahələr bizim müharibədəki qələbəmizə hansı töhfələri veriblər?
– Müharibə zamanı düşmən tərəfindən radiosusdurma vasitələrindən də istifadə olunurdu. Biz də alternativ olaraq digər idarəetmə vasitələrini, digər yolları seçərək, demək olar ki, bütün idarəetməni dərhal və operativ bərpa edirdik. Bütün istiqamətlərlə əlaqə saxlayırdıq, bütün istiqamətlərlə belə deyək, öz tapşırıqlarımızı, məlumatlarımızı dəqiqləşdirirdik.
– Ordumuzun döyüş əzmi barədə nələri qeyd edə bilərsiniz?
– Bizim ordu elə bir ordudur ki, onun döyüş əzmini həqiqətən də heç kim qıra bilməz. Bizim xalq çox mərd və qeyrətli xalqdır. Ona görə də aydın məsələ idi və görünürdü ki, düşmən Azərbaycan Ordusunun qarşısında aciz qalmışdı. Nə edəcəyini bilmirdi. Bu barədə uzun-uzadı danışmaq olar. Amma bunlar hər kəsə gün kimi aydın həqiqətlər olduğu üçün əlavə nəsə deməyə ehtiyac görmürəm.
– Döyüş əməliyyatlarının icrası zamanı hansı medallarla təltif olunmusunuz?
– “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşam.
– Qarşıdan 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü gəlir. Yəqin ki, sizin də bu günlə bağlı ordumuzun şəxsi heyətinə təbrikləriniz, ürək sözləriniz var...
– Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun bütün şəxsi heyətini 26 iyun – Silahlı Qüvvələrin yaranmasının 104-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Ordumuzun bütün şəxsi heyətinə möhkəm cansağlığı, xidmətdə yeni-yeni nailiyyətlər, şəxsi həyatlarında isə uğurlar arzulayıram.
Səxavət Həmid




-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır