"Cıdır Düzündə şeirimi oxudum, bundan gözəl nə ola bilər?" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Cıdır Düzündə şeirimi oxudum, bundan gözəl nə ola bilər?" - MÜSAHİBƏ

Çexiyada yaşayıb fəaliyyət göstərən şair, ssenari müəllifi, diaspor fəalı Leyla Bəyimin Publika.az-a müsahibəsi.

Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz: https://publika.az/projects/xususi/402912.html

-Xurşidbanu Natəvanın hər birimizin həyatında özünəməxsus yeri var. Amma böyük şairimiz sizin üçün xüsusilə doğmadır.

- Sizə “Atla gediş” pyesim barədə məlumat vermək istərdim. Ümumiyyətlə əsərlərimin bünövrəsi yuxularımda qurulur. Bir gün qəribə yuxu gördüm. Xurşidbanu Natəvan müasir geyimdə, çağdaş dövrdə psixoloji dispanserdə öz-özü ilə şahmat oynayırdı. Oyanıb düşündüm ki, Natəvan sağ olsaydı, Şuşanın işğalını bilsəydi, həqiqətən dərddən dəli olardı. Onun əsərlərini analiz etməyə başladım. Anladım ki, şeirləri sevgi ilə doludur. İlk həyat yoldaşı olduqca alicənab və ziyalı insan idi. Mənə maraqlı idi ki, niyə onların həyatı uğursuz olub. Araşdırdıqca çox maraqlı və kədərli tarixi faktlarla rastlaşdım. Beləcə “Atla gediş” pyesi doğuldu. Təəssüf ki, Vaqif Əsədovun bu pyesi səhnələşdirməyə ömrü yetmədi.

Aucune description disponible.

Qarabağ mövzusuna həsr olunmuş “Qara qar çiçəkləri” povestindən də danışmaq istərdim. Bu əsər bir neçə dilə tərcümə olunub. Əsərin təqdimatı Praqda, Budapeştdə, Hyustonda və digər şəhərlərdə baş tutmuşdu. Vaqif Əsədov bu əsərə səhnə həyatı vermişdi. Bilirsiniz, yaradıcılığım olduqca dinamikdir. Qürur duyuram ki, Leyla xanım Əliyeva ilə də əməkdaşlıq etmişəm. O, həm qəlbən, həm də zahirən çox zərif insandır. “İmmalatio” əsərimin ictimaiyyətə təqdim olunmasında mənə böyük dəstəyi olub. Bizim birgə layihəmiz də var. Bir dəfə Leyla xanımın şeirlərini oxuyurdum. Özümdən xəbərsiz dialoqumuzu göz önümə gətirdim. Daha sonra isə ədəbi dialoqumuz baş tutdu. Bu, çox nəfis hazırlanmış tamaşa idi. Hadisələr 11-ci əsrdə Toledodan başlayır...

- Niyə Toledo?

- Çünki 3 dinin azad şəkildə mövcud olduğu tolerant məmləkət olub. Orada Şlomo ibn Qaverol adlı şair yaşayırdı. Onun əsərlərini oxuduqca İmadədin Nəsiminin yaradıcılığını xatırladım. Bizim Leyla xanımla olan ədəbi duetimizdə öncə Qaverol və Nəsimin poeziyası su kimi axaraq, gəlib dövrümüzə çatır. Sonra isə Leyla xanımla bizim şeirlərimiz dialoq şəklində davam edir. Bu tamaşada əsrlər bir-birini çox gözəl muğamlarla, əla keçidlərlə əvəzləyirdi. Təqdimat mərhum Maqsud İbrahimbəyovun xanımı, gözəl fotoqraf və rəssam Anna xanımın köməyi ilə İbrahimbəyovun incəsənət mərkəzində baş tutdu.

Aucune description disponible.

- Azərbaycanda olduğunuz qədər Avropada da kifayət qədər fəalsınız...

- Ümumiyyətlə, xaricdə yaşasam da, öz mədəniyyətimi, poeziyamızı hər zaman təbliğ edirəm. Mötəbər tədbirlərin təşkilatçısı kimi fəaliyyət göstərirəm. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə iki dəfə Şuşaya səfər etmişəm. Birinci dəfə Müslüm Maqomayevin doğum günündə getdim. Özümü olduqca xoşbəxt hiss edirdim. “Şuşaya gedən yol” essemi də təsirlənib yazdım. Cıdır Düzündə şeirlərimi oxudum. Bundan gözəl nə ola bilər ki?! İkinci dəfə də Dünya Azərbaycanlılarının V Qurultayına gedim. Xurşidbanu Natəvanın bir vaxtlar gəzdiyi torpaqlara ayaq basmaq, azad Şuşada səfərdə olmaq yetişə biləcəyimiz ən gözəl məqamdır.

- Hazırda nə işlə məşğulsunuz?

- Artıq 50 yaşın astanasındayam. “Face Fitness Bohemia” layihəmi ərsəyə gətirdim. Şair, publisist Boris Qoldberq bir dəfə mənə dedi ki, "siz Çexovun prinsipləri ilə yaşayırsınız. Sizin poeziyanız qəlbi, zərgərlik nümunələriniz geyimi gözəlləşdirir. İndi isə simaları gözəlləşdirməyə başlayırsınız. Əminəm ki, öhdəsindən gələcəksiniz".

Aucune description disponible.

- Bu gün Face Fittnes anlayışı çox geniş yayılıb.

- Çünki insanlar qocalmaq istəmir. Əsasən fiziki və kimyəvi üsullarla həyata keçirilir. Odur ki, kimyaçı diplomum işimə yaradı. Hazırda bu sahə məni çox ilhamlandırır.

-Arzu edirəm ki, ilhamınız heç vaxt tükənməsin.

- Təşəkkür edirəm.

Aucune description disponible.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm