Xüsusi
Ana olmağa hazırlaşan aktrisa: "Toyu kiməsə görə yox, özümüz üçün etmişik" - Video
Ana olmağa hazırlaşan aktrisa və rəssam Natavan Əfəndiyeva fotoqraf Şəfiqə Əliyevanın kamerası qarşısına keçərək yeni fotolar çəkdirib. Aktrisa həm də Publika.az-a yaradıcılıq planlarından danışıb, o cümlədən böyük marağa səbəb olan toyundan söz açıb.
- Natavan xanım, adətən məşhurluğa aparan yol asan olmur. Siz bu yola necə başladınız və hansı maneələrlə qarşılaşdınız?
- İşini sevəndə və sənə nə lazım olduğunu biləndə, maneələr gözə görünmür.
- İstər film, istərsə də serial sahəsində özünüzə qoyduğunuz qadağalar varmı? Məsələn, hansı rollar sizə görə deyil?
- Yaradıcılıqla bağlı özümə hər hansısa bir qadağa qoymamışam. Filimlərin dramaturgiyasından söhbət gedirsə, mənə istənilən rol və obraz maraqlıdır.
- Azərbaycanda kino ulduzlarının böyük pullar qazana bilmədiyini bildiyiniz halda, bu sənətdə qlmağı sizə nə motivasiya etdi?
- Əfsuslar olsun ki, ölkəmizdə kino sektoru çox geriyə qalır. Kino və musiqi xalqın ifadəsidir. Bu sektorlara yatırım olmadığı üçün aktyorlar öz sənətlərindən lazımı gəlirləri əldə edə bilmirlər, bu da demotivasiyaya gətirib çıxardır. Mən artıq kino sahəsində çəkilmirəm, reklam və ya şəxsi çəkilişlərim olur. Ondan əlavə kliplərdə rəssam kimi işləyirəm.
- Natavan Əfəndiyevanı başqa gənc aktrisalardan fərqləndirən özəlliyi nədir?
- Baxış tərzi, zövq, savad, informasiyanı daha dərindən öyrənməyim və daim isdedadlı insanların ətrafında olmağım.
- Karyeranızda istədiyiniz uğurları qazanmaq üçün nə edirsiniz, gələcək planlarınızdan danışa bilərsinizmi?
- Yaxın gələcək planlarımdan danışsaq, Pasterin yeni çıxacaq albom kliplərində rəssam işi üzərində çalışıram.
- Hansı janrda çəkməyi sevirsiniz?
- Bütün janırlarla tanışam, amma heç biri ilə özümü çərçivələmirəm, fantaziyamı və hisslərimi təsvir edirəm.
- Hansı mövzuları işləməyi sevirsiniz və sizi nə ilhamlandırır?
- Psixoloji müalicələr aldıqdan sonra insanların enerjisini başqa cür görməyə başladım və bu gözəlliyi təsvir etməklə məşğulam.
- Xaricə köçməyi və ya rəsm təhsili almağı düşünürsünüz?
- Hələ ki, Azərbaycanda bir sıra həyata keçirməli işlərimiz var, onda sonra bəlkə də hansısa ölkəyə bir müddətlik getmək olar, amma bu, həmişəlik deyil.
- Natavan xanım, bu yaxınlarda ailə qurmusunuz. Təbrik edir və xoşbəxtlik arzu edirəm. İcazənizlə, oxucuları maraqlandıran bir neçə sual verim. Pasterlə necə yola gedirsiniz? Uzaqdan çətin insan təsiri bağışlayır.
- Paster nə qədər çətin olsa da, onunla hər şey bir o qədər asandır, öz dünyası var, sadəcə qapını döymək kifayətdir ki, sizə qapını açsın və bütün gözəlliyini göstərsin.
- Toyunuz da böyük marağa səbəb olmuşdu. Çox az cütlük adət-ənənədən kənara çıxıb özünə belə toy edə bilir. Siz bunu necə bacardınız?
- Bizim valdeyinlərimiz də bizim kimi insanlardır. Biz toyu kiməsə görə yox, özümüz üçün etmişik. Qınayan insanları başa düşürəm, yəqin ki, onlar istədikləri kimi toylarını etməkdən məhrum olublar. Əslində biz öz toyumuzda hər zamanki kimi əylənmişik, bizim üçün burda qeyri-adi bir şey yox idi.
- Həyatınızın müəyyən hissəsinin mediaya yayılması sizi narahat edirmi?
- Yox, qətiyyən narahat etmir, başa düşürəm ki, bizi qarşıda belə şeylər hələ çox gözləyir.
- Ana olmağa hazırlaşırsınız, bu dövrü necə keçirirsiniz? Bildiyim qədər, bu yaxınlarda zəhərlənmişdiniz.
- Bəli, zəhərlənmişdim, tez bir zamanda həkim nəzarəti ilə sağlamlığımı bərpa etdim.

Aytən Məftun
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava


































.jpg)
