Yolçu
Qulluqçuları kasıblarından çox olan ölkə: bilmədiyiniz 15 məqam - FOTOLAR/VİDEO
Sambanın oynaq ritmlərini eşitmək, qəhvənin inanılmaz ətrini duymaq və həyatdan zövq almaq istəyirsiniz? Onda Braziliyaya xoş gəlmisiniz! Bu ölkədə ilboyu günəş işıq saçır, sakinləri gülərüzlüdür, onlar günün istənilən saatında futbol haqqında son xəbərləri müzakirə etməyə və sambo rəqsini ifa etməyə həmişə hazırdır.
Braziliya turistlərə o qədər müxtəlif imkanlar təklif edir ki, buraya qumlu sahillərindədə klassik “Kaypirinya” kokteylinin dadına baxmaqdan tutmuş, ölkənin ən təhlükəli cəngəlliklərində yaquar ovlamaq kimi məşğuliyyətlər daxildir.
Beləliklə, Publika.az-ın “Yolçu” layihəsində səyahət həvəskarlarını bu dəfə Braziliyaya virtual səyahətə dəvət edirik.
Rio-de-Janeyro karnavalı
Braziliya bütün dünyada hər il keçirilən karnavalı ilə məşhurdur. Bu karnaval sözlə ifadə oluna bilməyəcək dərəcədə gözəl bayramdır. Festival zamanı sanki bütün şəhər canlanır. İnanılmaz əyləncə gecəsində təxminən 2 milyon iştirakçı parlaq kostyumlarını geyinib küçələrə axışır və musiqinin müşayiəti ilə səhərə qədər rəqs edir. Bu mənzərəli paradda müxtəlif rəqs məktəbləri ən yaxşı tamaşaları ilə qonaqları maksimum dərəcədə əyləndirməyə çalışır. Əmin ola bilərsiniz ki, ümumi şənlik abı-havası heç bir iştirakçını darıxmağa qoymayacaq. Sehrli karnaval dərin emosiyalar yaradacaq və xatirələrdən ömür boyu silinməyən izlər buraxacaq. Qeyd edək ki, əsas karnaval Rioda keçirilsə də, Braziliyanın digər şəhərlərində də şənliklər təşkil olunur. Bu gözəl karnaval hər il martın 1-dən 4-nə kimi təntənəli şəkildə qeyd olunur. Onu da xüsusi vurğulayaq ki, bu ayın 5-dən etibarən 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına start verilir.
Çimərliklər
Braziliyada gözəl çimərliklərdə dincəlmədən istirahət etmək olar? Əlbəttə ki, yox. Burada bütün sahillərdən zövq almaq mümkündür. Lakin təcrübəli turistlər Kosta de Sauipe, Refisi, Fortalezu, İtakara çimərliklərinə və ya Santa-Katarina adalarına getməyi məsləhət görür. Sizi hər yerdə tamamilə ağ qum, isti dəniz və bakirə təbiət gözləyir. Ekstrim həvəskarları isə İtakaraya gedə bilər. İtakarada kapueyro - döyüş rəqsini öyrənmək istəyənlər məşğələlərə yazıla bilər. Yeri gəlmişkən, burada ağac döyüşü sənəti də geniş yayılıb.
Əyləncələr
Braziliyada çimərlik istirahətini istənilən zövqə uyğun müxtəlif əyləncələrlə müşayiət etmək olar. Nə ilə məşğul olmaq istədiyinizi qərar verin və müvafiq kurortu seçin. Əgər dayvinq və digər su əyləncələri ürəyinizcədirsə, o halda Buziosa gedin. Aralıq dənizi iqlimi nəticəsində burada əbədi yay hökm sürür. Deməli, ilin istənilən fəslində dayvinqlə, habelə yelkənli idman, su xizək idmanı və ya serfinqlə məşğul olmaq olar. Refis isə təcrübəli dalğıcların ən çox axışdığı kurort zonasıdır. Burada su inanılmaz dərəcədə şəffafdır, dərinliyi isə 12 metrdən 58 metrədək təşkil edir. Resifi həm də ölkənin mədəni mərkəzlərindən biridir. Bura bir neçə məşhur Braziliya musiqi üslublarının vətəni sayılır.
Əgər siz qolf və tennis həvəskarısınızsa, Аnqra dos Reys istirahət üçün ən yaxşı yeridir. Ən keyfiyyətli qolf meydançası və ideal tennis kortları burada yerləşir. Bundan başqa, istəyən futbol və voleybol oynaya, atla gəzintiyə çıxa bilər.
Braziliyalılar üçün gözəl bədən kutl hesab olunur, bu isə o deməkdir ki, bir çox hotellərdə yanında gözəl spa-mərkəzləri var. Ən məşhur və populyar spa-mərkəz Braziliyanın cənubunda yerləşən Kosto de Santino Rezotdur. Burada ziyarətçilərə çox geniş xidmət spektri təklif edilir: Sauna, hovuzlar, hidromassaj, istirahət otaqları, trenajor zalları, isti və soyuq su ilə duş, hətta sağlam menyu təklif edən restoranlar da var. Prosedur kabinetlərində təbii kosmetik vasitələrdən istifadə etməklə yanaşı, qərb və şərq metodikalarını da yoxlamaq olar.
Amazon çayının tropik meşələri
Amazon çayının tropik meşələri bir neçə ölkəyə yayılıb, amma bunun ən böyük hissəsi – cəngəlləyin təxminən 60%-i Braziliya ərazisində yerləşir. Əlbəttə, meşəyə bir çox amillərə görə fauna və flora növlərinə, xüsusi ilə insan əli dəyməyən gözəl təbiətinə dərhal heyran olursan. Amazon çayı boyunca yayılmış tropik meşələrə ekskursiya və çay kruizləri seçmək şansınız var.
İqasu şəlaləsi
İqasu şəlaləsi Braziliyanın əsas görməli yerlərindən biridir. Bu şəlaləni təbiətin möcüzələrindən biri adlandırmaq olar. Şəlalə Braziliya və Argentina arasındakı sərhəddə yerləşir, onlar heyrətamiz gözəlliyi ilə dünyada çox məşhurdur. Nalşəkilli forması, hündürlüyü və güclü su axınları onu diqqətəlayiq edir. Ətraf təbiətin gözəlliyi, suyun gurultusu, rənglər arasındakı ziddiyyət və yaşıl təbiət insanı bütün problemlərini unutmağa, bu gözəlliyin qarşısında sadəcə, baş əyməyə məcbur edir!
Diamantina Çapada Milli park
Ekoloji turizm və gözəl təbiət aludəçiləri Diamantina Çapada Milli parkı haqqında yəqin ki, eşidib. Bu gözəl yer büllur sulu göllər və təmiz yaşıl meşə, dağ qurumları və qəribə mağaralarla örtülüdür. 1980-ci ildən Milli park elan edilən bu yer bütün macəra həvəskarlarının diqqətini çəkir.
Braziliyanın simvolu
Əlbəttə ki, Rio-de-Janeyronun əsas gözəgəlimli mənzərəsi - İsa Məsihin abidəsini ziyarət etmədən keçmək olmaz. Bu abidə dəniz səviyyəsindən 704 m hündürlükdə Korkovadu təpəsinin başında yerləşir. Abidənin hündürlüyü 30 m, eni 7 m, ağırlığı isə 1140 tondur. Bu abidə 1922-ci ildə Braziliyanın müstəqilliyinin 1 illiyi qeyd olunması münasibəti ilə qoyulub. Braziliyanın simvolu elə düzəldilib ki, buradan bütüm şəhərə tamaşa etmək olar. Həzrəti İsanın uzanan əlləri sanki şəhərin sakinlərinə xeyir-dua verir və bununla onu bütün pisliklərdən qoruyur. Bura gələn turistlər İsa Məsihlə selfi çəkdirməmiş getmir.
Pantanal
Pantanal - Braziliyanın mərkəzi hissəsində yerləşən, bataqlıqlardan, göllərdən, çaylardan, su ilə dolmuş otlaqlardan ibarət və 250 min kvadrat kilometr ərazini əhatə edən ekosistemdir. Pantanal YUNESKO-nun ümumdünya əhəmiyyətli obyektləri siyahısına daxil edilib. Onun ən böyük bataqlıq kompleksi havanı oksigen ilə təmin edir. Müxtəlif növ savannalara, gözəl mənzərələri olan tropik meşələri heyran olmamaq mümkün deyil. Tropik ağaclardan suya düşən meyvələr turistlərə xüsusi ilə həzz verir.
Braziliya mətbəxi
Braziliya mətbəxi özündə Portuqaliya, Afrika və qismən Fransa ənənələrinin məcmusunu birləşdirir. Ümumiyyətlə, Braziliya mətbəxində Avropa ənənələri üstünlük təşkil edir. Bu isə o deməkdir ki, Braziliya mətbəxi sizin damaq zövqünüzü korlamayacaq, ən əsası ac qalmayacağına əmin ola bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, burada dəniz məhsulları kifayət qədərədir. Braziliya öz mətbəxi ilə turistləri təəccübləndirməsə də, kokteylləri istənilən adamın ağlını başından almağa qadirdir. Braziliyada küçə barları və dükanları müştərilərə ananas, banan, quava portağalı, manqo, papaya, kokos südü və digər meyvə şirələrinin kokteyllərini təklif edir. Küçələrdə spirtli içkilər əlavə edilmiş kokteyllərin də dadını yoxlamaq mümkündür. Kaypirinya isə braziliyalıların ən məşhur içki növüdür. İçkinin tərkibində spirt olduğunu nəzərə alsaq, bu içkini axşam içmək məsləhətdir. Şəkər qamışından hazırlanan kaşasa isə braziliyaların milli içki növü sayılır.
Braziliyalılar dünyanın ən əhəmiyyətli qəhvə istehlakçılarıdır. Braziliya qəhvə istehsalında və ixracatında dünyada birincidir. Braziliyalılar qəhvəni südsüz, sadə və ya çox sərt içirlər. Hər braziliyalı gündə ən az 10-12 fincan qəhvə içir.
Braziliyadan gələrkən nə gətirməli?
65 yaşlı Çiko Buarq Braziliya musiqisinin əsas ulduzlarından biridir. Məşhur yazıçı, dramaturq və musiqiçi Çiko Buarqın yaradıcılığına qadınlar da, kişilər də pərəstiş edir. Ona görə də, oradan qayıdarkən xoş təəssüratların uzun müddət sizə yoldaşlıq etməsini istəyirsinizsə, bu müğənninin bir neçə albomunu da özünüzlə gətirin.
Sabun
Qliserin sabunu maye halında da gətirmək olar. Ancaq adi qliserin sabundan daha unudulmaz qoxular gəlir.
“Okslen” krosovkaları
Bu, dünyada demək olar ki, ən yaxşı idman ayaqqabısıdır. Braziliyalının uğurunu bu ayaqqabı ilə əlaqələndirmək olar.
Braziliya haqqında bilmədikləriniz
1. Braziliyada heç kəs çağırılmış yerə heç vaxt vaxtında gəlmir. Əgər siz axşam saat 6-da qonaqları dəvət etdinizsə, onlar 8-9-dan tez gəlməyəcək. Hətta televizorlarda xəbərlər və seriallar 10-15 dəqiqə gec başlayır.
2. Pulla nağd ödəniş qəbul edilmir, praktik olaraq bütün satışlarda həmişə kredit kartlar tətbiq olunur.
3. San-Paulo sakini üçün qorxunc tıxaclar normal şeydir. Hər bir sakinə 11-milyonluq şəhərdə ən azı 3 maşın düşür.
4. Suala: "İşlər necədir (Tudo bem)?", yalnız bir cavab variantı mövcuddur - "Hər şey yaxşıdır (Tudo)". Hətta əgər hər şey tamamilə yaxşı deyilsə və ya hətta pisdirsə, müsbət cavab vermək lazımdır - "Hər şey əladır!". Bu da braziliyalıların çox söhbətcil və ünsiyyətli xalq olması ilə bağlıdır. Bu xalq o qədər pozitivdir ki, bir-biri ilə küçədə, mağazada, ictimai nəqliyyatda yüksək səslə danışmağı xoşlayır. Maraqlıdır ki, saysız problemlərinə və dünyanın ən kasıb əhalisi olmasına baxmayaraq, braziliyalılar planetdə ən xoşbəxt millətlərdən biri sayılır. Çox temperamentli braziliyalılar həm də qısqancdır.
5. Küçələri təhlükəlidir, buna görə də axşamlar qaranlıq döngələrdə gəzmək məsləhət deyil. Uşaqları ümumiyyətlə bəzi küçələrdə gəzməyə buraxmırlar.
6. Hamıda, hətta çox kasıblarda, qulluqçu var, hansı ki, mənzili təmizləyir və yemək hazırlayır. Evdə heç kimdə döşəmədə xalça və divarlarda divar kağızı yoxdur. Hər mənzildə ən azı 2–3 vanna otağı var, braziliyalılar bir vanna otağı ilə kifayətlənə bilmir.
7. Cavanların küçədə "Ay qız, gəl tanış olaq" kimi təklifləri ciddi hesab edilir.
8. Qiymətlər Braziliyada dünya qiymətlərindən 2-3 dəfə yuxarıdır. Bütün idxal mallarına vergi qoyulur.
9. Braziliyalılar günün və gecənin istənilən vaxtı qəhvə içməyi sevir, hətta balaca uşaqlara belə tez-tez qəhvə içməyə icazə verirlər.
10. Yeni İli burada qeyd etmirlər.
11. Braziliyalıların əksəriyyəti - katoliklərdir, təxminən 70% əhali hər bazar kilsəyə gedir.
12. Braziliyalılar heç vaxt donuz ətini praktik olaraq yemir, dini inamlara görə yox, sadəcə, onlar donuz ətini piyli və ağır qida hesab edirlər.
13. Braziliyada qadın bədəninin mühüm hissəsi onun arxasıdır. Hesab edilir ki, o nə qədər böyük olsa, bir o qədər cazibədar görünür.
14. Seriallar və futbol kanallarda heç zaman eyni vaxtda göstərilmir, çünki hər ikisi braziliyalının gündəlik məişətinin ayrılmaz hissəsidir.
15. Braziliyalılar əsl vətənpərvərlərdirlər. "Brasil" yazısıyla futbolka və Braziliya bayrağı hər bir braziliyalının şkafında var.
Aytən
P.S. Braziliyada istirahətin yeganə çatışmazlığı turların kifayət qədər yüksək qiymətlərdə təklif olunmasıdır. Bu, ilk növbədə transatlantik uçuşun qiymətinin bahalığı ilə bağlıdır. Ancaq böyük üstünlüklər də var. Məsələn, Braziliyaya vizasız getmək mümkündür. Əgər sizin Braziliya səfəriniz 90 gündən çox olmayacaqsa, sizə viza lazım deyil. Yalnız xarici pasportda həqiqi bütün qalma müddəti, hər iki tərəfə uçuş biletləri və sizin maliyyə vəziyyətinizi göstərən sənəd (otelin bronu ola bilər) lazımdır.
-
Qoroskop01:05
Günün qoroskopu: Yeni il məqsədlərinizə aydın və realistik yanaşın!
-
Nida Xəbər 00:25
Təyyarə ilə bağlı araşdırmanın nəticəsi nə vaxt açıqlanacaq?
-
İdman30 Dekabr 22:49
Makqreqor bloger ilə boks döyüşü keçirəcək: Fantastik məbləğ qazanacaq
-
Kriminal30 Dekabr 22:34
Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu
-
Sosial30 Dekabr 22:19
Qəzada yaralanan üç nəfər Bakıya gətirildi - Yeniləndi
-
Cənubi Qafqaz30 Dekabr 22:04
Paşinyandan nazirləri qəzəbləndirən qərar: yalnız bir maşın olacaq
-
Rəsmi xronika30 Dekabr 21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin230 Dekabr 20:44
Məşhur illüziyaçı vəfat etdi