Yolçu
Möhtəşəm tətil yaşamağın sirləri: bu detallar istirahətinizi unudulmaz edəcək - FOTOLAR
Yay deyiləndə ağıllara ilk olaraq tətil gəlir. Bir çoxları xəyallarına əsrarəngiz tətil planları qurur və gözəl tətil keçirəcəyini düşünür.
Publika.az xəbər verir ki, həqiqətən gözəl tətil keçirməyin sirri detallarda gizlidir.
Xoşbəxtliyi və macəranı paylaşa bilən insanlarla tətilə çıxın
Daim hər şeydən şikayət edən, heç bir şəkildə həyatdan məmnun olmayan, narahat insanlarla tətilə çıxmayın. Bu tərz insanlar sizə narahatlıqdan başqa bir şey bəxş etməycək. Paylaşmağı sevən, tətildə keyfli zaman keçirməyi bacaran və yeni yerləri kəşf etməyi sevən insanlar tətilinizi unudulmaz edəcək.

Təbiətə yaxın olun
Tətildə qələbəlikdən, xaosdan və səs-küylü yerlərdən uzaq qalmağa çalışın. Beyninizi boşalda biləcəyiniz, yaşıl və mavinin bol olduğu yerlərə getməyə üstünlük verin.
.jpg)
Kəşf etməyə açıq olun
Tarixi, gözəlliyi ilə məşhur yerlərə getməyə çalışın. Yeni təamlar, dadlar, insanlar kəşf etməkdən çəkinməyin. Beləliklə, dincələrkən öyrənməyin də dadını çıxaracaqsınız.

Hər ehtiyacınızı qarşılaya biləcək yerlərə gedin
Tətilin ayrılmaz hissəsi olan qonaqlama olduqca əhəmiyyətlidir. Təbiəti və tarixi gözəllikləri, fərqli konsepti ilə üstün olan yerlərdə, bölgənin mədəniyyətini özündə əks etdirən mərkəzlərdə qalmağa üstünlük verin.

Xoş və unudulmaz tətil keçirməyiniz diləyi ilə...
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto


































