Yolçu
Bu cənnəti görmədən ölməyin - Tarixi skandinav ölkəsindən MÖHTƏŞƏM FOTOLAR
Məkan etibarilə Stokholm dünyanın ən gözəl paytaxtlarından biri kimi qəbul edilir.
İsveçin paytaxtı və ən böyük şəhəri olan Stokholm Malar gölü və Finlandiya körfəzinin qarşısındakı Baltik dənizinin bir qolu olan Duz körfəzinin qovşağında yerləşir.
Şəhər Uppland və Södermanland ana torpaq parçaları ilə yanaşı, 14 adanın üzərində inşa edilib. Skandinaviyanın iqtisadi və mədəni mərkəzi halına gələn Stokholm zəngin tarixi mirasa sahibdir. Şəhərin sərhədləri daxilindəki torpaqların 40%-i park və yaşıllıqdan ibarətdir. Buraya “Şimali Venesiya” da deyilir.
Publika.az Stokholmda gəzməli və görməli yerləri səyahətsevərlərin diqqətinə çatdırır.
Kral sarayı
600-dən çox otağı olan bu saray Avropanın ən böyüyüdür. İsveç kralının rəsmi binasıdır. Saray 18-ci əsrdə “Üç tac” qalasının yandırıldığı nöqtədə memar Nikodemus Tessin tərəfindən dizayn edilib. Barokko tərzindədir. Stokholm Kral Sarayı Reyxstaq - parlament binasının qonşusudur. Görkəmli otaqlar, lüks daxili dizayn və geniş salonlara malik sarayda 3 əsrarəngiz muzey var: Xəzinə, “Üç tac” muzeyi və III Qustavın Qədim Əsərlər Muzeyi. Stokholm Kral Sarayı muzeylərlə birlikdə hər gün saat 10:00 - 17:00 arasında xalqa açıqdır.
Vasa muzeyi
Skandinaviyanın ən məşhur və ən çox turist qəbul edən muzeyidir. Vasa dünyada yeganə qorunmuş 17-ci əsrə aid gəmidir. Gəminin 95%-dən çoxu orijinaldır. Yüzlərlə oyma heykəllərlə bəzədilib. 69 metr uzunluğundakı dəniz nəhəngi döyüş məqsədilə inşa edilib. 1628-ci ildə ilk səfərinə çıxıb. Fırtınaya tab gətirə bilməyib və batıb. 333 il sonra dənizin dibindən çıxarılıb. Yarım əsrə yaxın üzərində bərpa işləri aparılıb. Gəminin dirəkləri muzeyin damında çıxarılaraq saxlanılıb. Bu gün Vasa muzeyi ildə 1 milyondan çox ziyarətçi qəbul edir. Gəmi ilə bağlı məlumatlar 13 dildə izah edilir.
Stokholm bələdiyyə binası
Üç taclı sivri kəməri ilə Stokholmun ən məşhur siluetlərindən biridir. Memarlıqda ölkənin ən məşhur romantizm örnəklərindədir. Bələdiyyə binası memar Raqnar Östberq tərəfindən dizayn edilib. İnşasında 8 milyon ədəd kərpic istifadə olunub. 106 metr hündürlüyə malik qülləsi var. Qüllənin başında İsveçin milli gerbi olan üç tac yerləşib. Möhtəşə qala divarlarının arxasında siyasətçilər üçün ofis və toplantı salonları, montaj otaqları və sənət əsərləri mövcuddur. Bələdiyyə binasını sadəcə bələdçili turlar gəzə bilər. Onlar müəyyən saatlarda hər gün isveç və ingilis dilində binas haqqında məlumat verir.
Skansen açıq hava muzeyi
Skansen hər kəsin ailəsi ilə birlikdə gəzə biləcəyi mükəmməl yerdir. Bu, dünyanın ən qədim açıq hava muzeyi və eyni zamanda, Skandinaviyaya məxsus heyvanların yaşadığı zooparkdır. Ölkənin müxtəlif bölgələrində yerləşən 150 ferma və ev sökülərək buraya köçürülüb. Yayda “Walpurgis Night” və “Lucia” kimi ənənəvi festivallar burada bayram edilir.
Erikson Qlob
1989-cu ildə Stokholmun ən ikonik tikililərindən biri olaraq istifadəyə verilib. 605 000 kubmetr həcmə sahib tikili dünyanın ən böyük idman qurğusudur. İsveçin milli xokkey stadionu olaraq xidmətə verilməsi ilə yanaşı, dünyanın ən məşhur sənətçilərindən Rollinq Ston, Metallika, Biyons, Madonna və U2-nin konsertlərinə ev sahibliyi edib. Tikilinin qıvrım divarının xaricindən Cənubi Stokholmun əsrarəngiz mənzərəsini seyr edə bilərsiniz.
Curdagen
Kral ailəsinin ev sahəsi kimi qəbul edilən bu bağ paytaxtın ən məşhur bölgələrindəndir. Şəhərin ən ünlü muzeylərini və mədəni mərkəzlərini bir araya gətirib. Buraya paytaxtın mərkəzindən avtobus, tramvay və qayıqla getmək olar.
Skokloster qalası
Dünyanın ən böyük Barokko nümunələrindən biridir. Qala 17-ci əsr İsveç imperatorluğundan qalıb. İsveçin ən böyük xüsusi sarayıdır. Qalada yerləşən dövlət otaqları müxtəlif əsrlərdən qalma çeşidli mebellərlə doludur.
Kral Dram Teatrı
İsveçin milli teatrıdır. Nybroviken körfəzində, sahildə yerləşir. Tur çərçivəsində teatrın hər bölməsi ilə yaxından tanış ola bilərsiniz.
Zümrüd
-
Yaxın Şərq10:00
Suriyadan Xameneyiyə cavab: Əsədi devirənlər İranı məhkəməyə verir
-
Kriminal09:12
Elşən Hüseynova 18 il həbs cəzası verildi - FOTO
-
Cənubi Qafqaz08:12
Nikol Paşinyanda virus aşkarlandı
-
Dünya08:00
Müəllimdən ALÇAQ HƏRƏKƏT: 13 yaşlı məktəbli qızların...
-
İdman07:30
Qarlı havada buzlu suya da girdi - VİDEO
-
Magazin205:15
Nə dekolte geyindi, nə də mini: tək kürkü ilə gündəm oldu - FOTO
-
Avropa04:44
Ukrayna Şimali Koreya əsgərlərini PUA-larla BELƏ OVLADI - VİDEO
-
Səhiyyə04:14
Xərçəngə qarşı nanovaksin hazırlandı - Özü-özünə "BALTA ÇALACAQ"