Yolçu
Dünyanın ən ekzotik 10 adası - FOTOLAR
Bəzilərinin ömrünün sonuna qədər yaşamaq istədiyi, bəzilərinin isə sadəcə ruhunu dinləndirmək üçün getdiyi adalar turizm üçün böyük əhəmiyyətə sahibdir.
Publika.az dünyanın ən məftunedici 10 adasını təqdim edir.
Bora Bora, Fransız Polineziyası
Bora Bora dünyada gedilməsi ən çətin yerlərdən biridir. Amma sahib olduğu təbii gözəlliyi ilə bir çox insan tərəfindən Yer üzündəki ən gözəl məkan kimi təqdim edilir. Təbiətsevərlərlə yanaşı, dalğıclar üçün də ideal məkan olan Bora Bora mavi suyu ilə səyahətçiləri sehrə salır.

Azor adaları, Portuqaliya
Atlantik okeanında yerləşən Azor arxipelaqı ABŞ kəşf edilənə qədər uzun müddət avropalıların Qərbdə getdikləri ən uc nöqtə olub. Real təbiət möcüzəsi olan Azor turizm baxımından çox inkişaf edib.

Santorini, Yunanıstan
Dünya elitasının ən sevdiyi məkanlardan biri olan Santorini turizm mövsümündə minlərlə insana ev sahibliyi edir.

Kapri, İtaliya
Gedənlərin qayıtmaq istəmədiyi ada kimi tanınan Kapri italiyan həyat tərzinin ən gözəl nümunələrindən biridir. Yaşıl ilə mavinin, tarixi abidələrin bir arada olduğu Kapri Napoliyə çox yaxın məsafədə yerləşir.

Bali, İndoneziya
İndoneziya deyiləndə ağla ilk gələn yerlərdən biri şübhəsiz, Balidir. Təbiət möcüzəsi ada olan Bali tarixi məbədləri, çəltiyi və lüks turizm müəssisələri ilə məşhurdur.

Qalapaqos, Ekvador
İngilis elm adamı Çarlz Darvinin nəzəriyyəsinə təməl atan səyahəti zamanı gəldiyi ada bu gün də canlı çeşidliliyi ilə diqqət çəkir. Adada insan yaşamır.

Mauyi, ABŞ
Havay adalarından biri olan Mauyi Bora Bora kimi təbiət möcüzəsidir. Vəhşi həyatın olduğu adaya xüsusilə, macərasevərlər tez-tez gəlir.

Folklend, Argentina
Böyük Britaniya-Argentina müharibəsinə səbəb olan ada dünyanın ən cənubunda insan yaşayışının olduğu yerdir. Ada qitələrarası yükdaşımanın əsas nöqtələrindəndir.

Maculi, Hindistan
Hind okeanına gedirik. Maculi qürub mənzərəsi mövzusunda olduqca iddialıdır. Bal ayı cütlüklərinin üstünlük verdiyi Macuildə mədəniyyətlə arasında məsafə olan qəbilələr belə yaşayır.

Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto










.jpg)























