Yolçu
Gənclərin ən çox səyahət etdiyi tətil cənnətləri - ƏSRARƏNGİZ FOTOLAR
Dünyada yay tətilini yaddaqalan keçirmək və lüks istirahət etmək üçün dillər əzbəri olmuş bir çox məkanlar var.
Publika.az xəbər verir ki, bu məkanların cəzbedici və lüks səslənməsinə baxmayaraq, səyahət etməyi sevən gənclər daha çox mənzərəsi və rahatlığı ilə seçilən yerlərə getməyi üstün tutur.
“Matador Network” son dövrlərdə sakitliyi, rahatlığı və cəzbediciliyi ilə gənclərin diqqətini çəkən məkanların siyahını hazırlayıb.
Alqarve - Portuqaliya
Alqarve Portuqaliyanın son dövrdə sürətlə trend olan məkanlarından birinə çevrilib. Lissabon və Portu kimi böyük şəhərlərin əksinə Alqarve təbii gözəlliyi ilə diqqət çəkir. Əsrarəngiz qumsalları olan məkanda 1 həftəlik tətilin qiyməti 3300 avrodur.

İbiza – İspaniya
Avropada, xüsusilə, gənc və varlı turistlərin favorit istirahət mərkəzlərindən biridir. Əməvi memarlığını bu günə qədər qoruyub saxlayan lüks hotellərdəki SPA mərkəzləri ən çox üstünlük verilən istirahətlərdəndir.

Losinc – Xorvatiya
Adriatik dənizinin sahilində yerləşən Losinc tarixi görünüşü ilə yanaşı, sağlam istirahət üçün əvəzedilməz yerdir.

Karib adaları
Dünyada, demək olar ki, hər kəsin getmək istədiyi tətil cənnətidir. Möhtəşəm çimərlikləri ilə yanaşı, hotellərindəki SPA mərkəzləri də vazkeçilməzdir.

Aqadir – Mərakeş
Mərakeşin turistik cənnəti olan Aqadir Atlantik okeanının sahilində yerləşən diqqətçəkən bir məkandır. Ada 340 gün Günəş görür.

Marbella – İspaniya
Dünyanın ən varlı insanlarının bağ evi alması ilə gündəmə gələn Marbella İspaniyanın cənubunda tarixi və təbii gözəllikləri ilə ön plana çıxan yerlərdən biridir. Xüsusilə, çimərliklərindəki qumsallıq insanın bədənini yenidən dünyaya gətirirmiş kimi hiss etdirir.

Bodrum – Türkiyə
Bodrum Türkiyənin ən çox turist qəbul edən bölgələrindən biridir. Dünyanın yeddi möcüzəsindən birinə ev sahibliyi edən Bodrum Sualtı Muzeyi və tarixi qalası ilə diqqət çəkir.

Zümrüd
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)


















.jpg)



.jpg)

