Yolçu
Bal ayı, dost məclisi, dəniz tətili... - İstədiyiniz hər şeyi tapa biləcəyiniz 8 MÖHTƏŞƏM YUNAN ADASI
Möhtəşəm çimərlikləri, sevimli qəsəbələri, ləzzətli yeməkləri və qonaqpərvər xalqı ilə Yunan adalarına hər il bütün dünyadan minlərlə turist tərəfindən üstünlük verilir. Adalardan bəziləri tarixi abidələri, bəziləri çimərlikləri, bəziləri isə gecə həyatı və sosial ortamları ilə önə çıxır. Burada hər kəs üçün zövqünə uyğun ada tapmaq mümkündür.
Romantik tətil, əyləncəli və ya sadəcə istirahət edəcəyiniz bir tətil – seçim sizindir. İstərsəniz, bir çox adanı gəzmək üçün yerli turlara da qoşula bilərsiniz.
Rodos, Kos, Midilli, Meis, Saqqız və Sisam adaları qapıda viza imkanı təmin edildiyi üçün ən çox üstünlük verilən adalardır. Başqa adalar üçün ucuz və rahat aviareyslər də mövcuddur.
Pandemiya dövründə bir çox turizm ölkələrinin sərhədlərinin bağlı olduğunu və adalara girişin açıldığını nəzərə alaraq Publika.az 8 ən gözəl Yunan adası haqqında vacib məlumatları təqdim edir.
1. MİKONOS
Əyləncə, gecə həyatı, çılğın partilər deyiləndə ağla ilk gələn ada Mikonosdur. Burada həyat 24 saat davam edir. Çimərliklərdə təşkil edilən partilər səhərin ilk işıqlarına qədər insanları əyləndirir. Turistlərin qələbəlik yaratdığı adada bir çox konseptdə kafe, restoran və əyləncə məkanı var. Xüsusilə, dostlarla planlaşdırılan tətillər üçün çox uyğun adadır.
Mikonos sərbəstlik adasıdır. Çünki burada hər kəs bir-birinə və digər insanların seçimlərinə hörmətlə yanaşır. Başqalarını narahat etmədiyiniz müddətdə bu adada istədiyinizi edə bilərsiniz.
Mikonosa səyahətinizdə mütləq axşamüstü şəhər mərkəzindəki yel dəyirmanlarında Günəşin qürubunu seyr etməlisiniz.
2. SANTORİNİ
Santorini ağappaq evləri və mavi qübbəli kilsələri ilə məşhurdur. Daha çox bal ayı cütlükləri tərəfindən üstünlük verilir. Adada gerçək romantik atmosfer var. Oia və Tira adanın 2 inkişaf etmiş şəhəridir. Bu şəhərlər arasında avtobus səfərləri təşkil edilir, səfər yarım saat olur.
Santorinidə bir digər məşhur konsept də təbii ki, sonsuzluq hovuzlarıdır. Hotelin və ya icarəyə götürdüyünüz evin hovuzunda üzərkən su, sanki Egey dənizi ilə bütünləşir və ortaya unudulmaz anlar çıxır. İnsan bu hovuzdan saatlarla çıxmaq istəmir. Santorininin romantik axşam yeməkləri cütlüklər üçün unudulmaz xatirələrdən olur.
3. KRİT
Krit Yunanıstanın ən böyük adasıdır. Bu ada, xüsusilə, tarixi dəyərləri və keçmişi ilə məşhurdur. Avropanın ən qədim sarayı olduğu düşünülən Knossos Kritdə yerləşir.
Krit qalası, Venesiya limanı kimi bir çox tarixi yer də turistlərin marağını cəlb edir. Tarixi abidələrin böyük hissəsi II Dünya müharibəsi zamanı bombardmana məruz qalıb. Bu olmasaydı, Krit, ehtimal ki, açıq hava muzeyi olacaqdı.
4. PATMOS
Patmos olduqca kiçik adadır. Amma xüsusilə, xristianlar üçün əhəmiyyəti böyükdür. St. Con Monastrı müqəddəs yerdir, çünki “İncil”in böyük qisminin burada yazıldığına inanılır.
Buna görə də Efesdəki Məryəm Ana Evini ziyarət edən xristianlar daha sonra Patmos adasına gələrək bu monastrı gəzirlər. Turist qələbəliyindən uzaq, sakit bir adada istirahət istəyənlər üçün Patmos gözəl seçimdir.
5. RODOS
Rodos da Krit kimi ön plana çıxan adalardan biridir.
Kritinia Qalası adanın ən əhəmiyyətli tikililərindəndir. Rodosun bütün qədim şəhərləri UNESKO-nun Dünya Mədəni İrs siyahısına salınıb. Bu ada dəniz tətili etmək üçün şahanə çimərliklərə sahibdir.
6. ZAKİNTOS
Zakintos və xüsusilə, Navaqio çimərliyinin fotolarını daha əvvəl mütləq sosial şəbəkələrdə görmüş olarsınız.
Zakintos Yunan adaları içində gözəl sahilləri ilə məşhurlaşmış adadır. Bu ada digərlərindən fərqli olaraq Egey dənizində deyil, İon dənizində yerləşir.
7. SAQQIZ ADASI
5-ci böyük Yunan adası olan Saqqız bir-birindən maraqlı tarixi qəsəbələri, gözəl çimərlikləri ilə məşhurdur.
Ada adından bəlli olduğu kimi, saqqız istehsalı ilə də məşhurlaşıb.
8. MİDİLLİ ADASI
Midilli Yunanıstanın 3-cü böyük adasıdır və bu adanın mərkəzi şəhəri olduqca inkişaf edib.
Adada axtardığınız hər şeyi tapmaq mümkündür. Lakin burada gəzməli yerlər bir-birindən uzaqdır. Buna görə ya ictimai nəqliyyatdan istifadə etməli, ya da avtomobil icarəyə götürməlisiniz.
Hər kəsə XOŞ TƏTİLLƏR!
Zümrüd Kərimova
-
Sosial10:18
Prezident təsdiqlədi: Sosial yardım nə qədər artacaq?
-
Yaxın Şərq10:00
Suriyadan Xameneyiyə cavab: Əsədi devirənlər İranı məhkəməyə verir
-
Kriminal09:12
Elşən Hüseynova 18 il həbs cəzası verildi - FOTO
-
Cənubi Qafqaz08:12
Nikol Paşinyanda virus aşkarlandı
-
Dünya08:00
Müəllimdən ALÇAQ HƏRƏKƏT: 13 yaşlı məktəbli qızların...
-
İdman07:30
Qarlı havada buzlu suya da girdi - VİDEO
-
Magazin205:15
Nə dekolte geyindi, nə də mini: tək kürkü ilə gündəm oldu - FOTO
-
Avropa04:44
Ukrayna Şimali Koreya əsgərlərini PUA-larla BELƏ OVLADI - VİDEO