Bakının ən ucuz və ən baha evləri – QİYMƏTLƏR
Bizi izləyin

Ekopublika.az

Bakının ən ucuz və ən baha evləri – QİYMƏTLƏR

Ötən ilin son ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin hesablanmış orta təklif qiyməti 1545 $/кv.m-dən -2.2 % azalaraq 1511 $/кv.m-ə düşüb.

Publika.az-a “MBA Ltd” Qiymətləndirmə və Konsaltinq Şirkətinin Monitorinq Qrupundan verilən məlumata görə, milli valyuta ilə qiymətlər 1622 AZN/кv.m-dən 1577 AZN/кv.m enib.

Alıcıların sayında isə nisbətən artım olduğundan, dekabr ayında mənzil bazarının aktivliyi noyabr ayına nisbətən 3% artıb.

Ümumilikdə, əmlak bazarında gözləmə mövqeyi tutan mənzil satıcılarının sayında dekabr ayında azalma qeydə alınıb. Bu da öz növbəsində, təklif portfelinin artmasına gətirib çıxardıb: “Təkrar mənzil bazarında təklif həcmi 9.9 % artıb. Noyabr ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1203 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 39.0% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir.

Əvvəlki aylarda olduğu kimi, dekabrda da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Xətai, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68.4 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 55.7%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1182 $/kv.m-dir. Ümumi təklif portfelinin 32%-i 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1722 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni, hər kvadratmetrinin dəyəri 2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 12.3% təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2449 $/kv.m olub.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə bütün növ otaqlı mənzillərin sayında artım baş verib. Təklif üzrə ən çox artım 3 və 4 otaqlılar üzrə qeydə alınıb. Təkliflə yanaşı, otaqlar üzrə qiymətlər üzrə də dəyişmə baş verib.

Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili-təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 16.2%, 15.3 %, 10.6% və 31.6% təşkil edib.

Ötən ayda layihələr üzrə qiymət azalması daha çox “arxitektura”, “fransız”, “minsk” və “xruşşov” layihələrində qeydə alınıb, müvafiq olaraq 11.5%, -6.7%, -8.4% və -6.7% təşkil edib.

Layihələr üzrə qiymət artımı isə yalnız “italyan” və “stalinka” layihəli mənzillərdə hiss edilib -2.1% və 2.9%.

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1511 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 57.3 faizə malikdir. Mənzillərin orta sahəsi 75.74 kv.m, orta otaq göstəricisi isə 2.42 təşkil edir. Hər otağın orta satış qiyməti 48 000 ABŞ dolları, mənzilin orta qiyməti isə 116 200 ABŞ dolları təşkil edib.

Ay ərzində paytaxtın rаyоnlаrı üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Nərimanov rayonları olub.

Təkrar mənzil bazarında qiymət indeksi noyabr ayı ilə müqayisədə bu ay 0.15 bənd azalaraq 6.72 bəndində qərarlaşıb.

Təkrar mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “arxitektur” layihəli 5 otaqlıda qeydə alınıb. “Sahil” metrostansiyası yaxınlığında yerləşən 220 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4500 dollar təşkil edib. Ən ucuz mənzil isə Nərimanov rayonunda - Montin qəsəbəsində yerləşən zəif təmirli 80 kv.m-lik sahəyə malik “italyan” layihəli, 2 otaqlı mənzildə qeydə alınıb -525 dollar/kv.m.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm