Ekopublika.az
İlham Əliyev: Ölkəmizdə maliyyə sabitliyi təmin edilib
Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, şadam ki, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı deyib.
Prezident bildirib ki, Azərbaycanda qeyri-neft sənayesi iki faizdən çox artıb.
"Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq, ən az itkilərlə bu vəziyyətdən çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilibdir. Bu il on minlərlə yeni iş yeri yaradılıbdır. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət üzərində quraq - kənd təsərrüfatı və sənaye istehsalı.
Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır. Gələcəkdə bizə çox valyuta gətirə biləcək sahə nəqliyyatdır. Bizim coğrafi vəziyyətimizi və artıq gördüyümüz işləri nəzərə alsaq, bunu deməyə əsas var. Azərbaycanın iştirakı və bir çox hallarda təşəbbüsü ilə iki transmilli layihə icra edilir. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın iştirakı ilə baş verir. İki gün bundan əvvəl Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk zirvə görüşündə bu məsələ çox ciddi müzakirə edildi. Azərbaycan burada öz təşəbbüsünü ortaya qoyur. Bu dəhlizin yaradılması və fəaliyyəti ölkəmizə 100 milyonlarla dollar gəlir gətirəcək.
Əlbəttə, digər sahələr də böyük əhəmiyyət daşıyır - telekommunikasiya, informasiya texnologiyaları, metallurgiya sahələri, kimya sənayesi. Ancaq bütövlükdə sənaye və kənd təsərrüfatı əsas prioritet kimi qalır və qalacaq".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu