Art
Musiqili Teatrda “Amerikalı kürəkən”in premyerası olub
Azərbaycan Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını yeni quruluşda təqdim edib.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Publika.az-a bildirib ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. “Amerikalı kürəkən”in yeni quruluşunun diqqət çəkən məqamlarından biri də geniş tamaşaçı auditoriyasının sevgisini qazanan müğənni, Əməkdar artist Almaz Ələsgərlinin bu səhnə əsərində əsas qəhrəmanlardan birini – Tunzalə obrazını canlandırmasıdır. Tunzalə qızı Reyhanı varlı-pullu bir adama ərə vermək istəyir. Reyhanın isə öz sevdiyi var. Bu, kasıb ingilis dili müəllimi Kamrandır. Gənclər Tunzalə xanımın var-dövlət hərisliyinin onların qovuşmasına əngəl olduğunu görüb kələk qururlar. Məhz bu kələk nəticəsində hadisələrin axarı tamamilə dəyişərək gözlənilməz situasiyalarla zəngin olan bir məcraya yön alır...
Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. İlk dəfə tələbə ikən - 1985-ci ildə məhz Musiqili Teatrda səhnəyə çıxıb, Emin Sabitoğlu və Xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatra qayıdıb və hazırda Dövlət Musiqili Teatrının aktrisasıdır.
“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaiqf Məstanov, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR