Art
Qəbələdə ukraynalıların konserti olub - FOTO
Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və tamaşaçılar daha bir dünya şöhrətli orkestrin konsertlərini izləmək imkanı əldə ediblər.
APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 3-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestrinin konserti böyük marağa səbəb olub.
Musiqi festivalının bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə orkestrı pianoda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, San-Fransisko Beynəlxalq İncəsənət Akademiyasının və Moskva Hümanitar Elmlər Akademiyasını akademiki, dünya şöhrətli pianoçu Oksana Yablonskaya, trubada Ukrayna Milli Filarmoniyasının Akademik Simfonik Orkestrinin truba qrupunun (nəfəs alətləri) konsertmeysteri Sergey Çerevatenko müşaiyyət edib. Konsertdə Avropa bəstəkarları Y.Haydn və D.Şostakoviçin musiqi əsərləri səsləndirilib.
Sonra Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə Ukraynanın “Kiyev virtuozları” Simfonik Orkestrinin konserti olub. Konsertdə bəstəkar İohan Bramsın musiqi əsərləri səsləndirilib. Musiqi sahəsində bir çox beynəlxalq mükafatların sahibi olan bolqarıstanlı Emil Tabakovun dirijorluğu ilə keçən konsertdə orkestri violonçeldə Qəbələ musiqi festivalının bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski və violində İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman müşaiyyət edib.
Hər iki konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi