Art
Həmkarı xalq artistinin ölüm xəbərini yolda aldı və... - VİDEO
Ay anacan, bax küçəyə bax ora,
Dərsə gedən qızlara, oğlanlara.
Çantamı ver, qoy qoşulum onlara
Sonra uşaqlarla verib əl-ələ,
Dərsə gedim mən də bu ildən belə.
Tulla oyuncaqlarımı bir yana,
Sən də məni məktəbə yazdırsana…
İllər öncə dilimin əzbəri olan bu məşhur mahnını təsadüfən xatırlamadım. Mahnıları ilə böyüdüyümüz gözəl bəstəkar Oqtay Zülfüqarovu bu gün itirdik.
Publika.az-a açıqlama verən xalq artisti Oqtay Rəcəbov həmkarının ölüm xəbərindən sarsıldığını deyib: “Küçədə getdiyim yerdə qəfil zəng gəldi ki, Oqtay Zülfüqarov dünyasını dəyişdi. Çox sarsıldım. Oqtay Zülfüqarov uşaqlığımın bəstəkarı idi. Bir çox məşhurlara təkan verən bəstəkar uşaq yaradıcılıq dünyası üçün çox böyük işlər görüb. Bunu dana bilmərəm. Mən də uşaqlar üçün işlər görmüşəm, amma Oqtay Zülfüqarovun gördüyü işlər daha böyükdür. Onun mahnıları ilə böyüyən uşaqlar indi nənə, babadır. Həmişə də bu mahnılar yaddaşlarda qalacaq və oxunacaq. Hələ çox işlər görəcəkdi, amma əcəl aman vermədi. Oqtayın işıqlı xatirəsi mənim üçün həmişə yaşayacaq. Danışmaq çox ağırdır”.
Qeyd edək ki, 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar alıb. Bir müddət Dövlət Konservatoriyasının violoncel sinfində oxudu, sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olundu.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazandı. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başladı.
Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhfəsini verib. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Qız ulduz” “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr edib. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olmuşdur. Görkəmli sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır.
Eyni zamanda o, “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da yazdı. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı “Şənlən mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
2010-2012 illərdə O.Zülfüqarov “Məlik Məmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” iki hissəli balet, “Tumurcuq” və “Aysel” Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazıb.
Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlanıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazmış və onlar “Oxuyur Aysel”adlı topluda işıq üzü görüb.
Cəvahir
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO