Bir mahnının serialı - - VİDEO - FOTOLAR
Bizi izləyin

Art

Bir mahnının serialı - - VİDEO - FOTOLAR

Adi bir mahnıdan 12 seriyalıq əhvalat ekrana gəldi.

1920-ci il vətəndaş müharibəsindən sonra dəniz mirvarisi Odessa özünə gəlməyə başlayır. Yeni bolşevik hakimiyyəti ilə dil tapır. Böyük liman şəhəri kriminal aləmin vətənidir. Yaponçik, Brilyant kimi oğru əfsanələrinin adı dillər əzbəridir. Murka isə əfsanəvi mahnının qəhrəmanıdır. Bax bu mahnıda baş verənlər və Murka haqqında "Birinci kanal” serial təqdim etdi. Adi bir mahnıdan 12 seriyalıq əhvalat ekrana gəldi.

Seriala baxan kimi başlanğıc çarx məni təəccübləndirdi - məzəli təqdimatlı oyun başlıqlarına oxşayırdı. Sona qədər rejissorun bu həllini anlamadım.

Beləliklə serial haqqında. Daxili işlər orqanlarının əməkdaşı Mariya Klimova Odessada tüğyan edən cinayət aləmini dağıtmaq üçün ən böyük avtoritetlərin toplaşdığı “Brilyant dəstəsi”nə yerləşdirilir. İndi o, adi Murka ləqəbli oğrudur. Mariya bu rola elə yaxşı öyrəşir ki, öz yeni "həmkarları" tərəfindən böyük hörmətlə qarşılanır və yaranan məşhur mahnıların prototipi olur.

Serialın qüsurları

Мurka filmdə zəif alınıb. Mülayim, tutqun keçmişli, dumanlı gələcəyi olan QPU əməkdaşının oğru olması inandırıcı deyil. Üzü üzlər görmüş Odessa oğrubaşıları isə inandılar. Axı bu mümkün deyil!.. Rejissor burada səhvə yol verib.

Nədənsə filmin yaradıcıları qərara gəliblər ki, Odessanın koloritini nə qədər bol eləsələr, yaxşıdır. Həmin kolorit yaratmaq cəhdləri görüntünü ağır edir. Bəzəkli geyim, çox parlaq rənglərlə çəkilmiş dekorasiya gülməli görünür. Elə bil uşaq kitabına baxırsan.

Əlbəttə, təkrarolunmaz Odessa ləhcəsi! Ancaq burada qəhrəmanların bir qismi nədənsə, zaman-zaman rus dilində, bir hissəsi ukraynaca danışır, sonra hamısını qarışdırırlar. Odessa mühiti yaratmaq olar, amma belə halda film şikəst qalır.

Amerika filmlərində olduğu kimi silahdan çox istifadə edirlər. Bir şey olmamış bir-birinə silah çəkirlər. Həmçinin içki və siqaret səhnələri də çoxdur. Sanki rejissor aktyorlara iş tapa bilmir.

Serialda milis elə bil kefdədir. Baş verənlərdən xəbəri yoxdur. Oğrular da öz işləri ilə məşğuldur.

Silya Sentner və Qrişa Popuqayçikinin oynu əvəzolunmazdır. Alyona Bаbеnko Sonyanın komissar rolunu möhtəşəm ifa edir. Əslində bu aktrisa bu tip xarakterlə Murkanı oynamalı idi. Məhz Klimova belə olmalıdır - qadın yapışanqanlığı daha bərk, daha kobud rəftarı, sıfır həssaslığı.

Açığı deyək, "Mişka Yaponçik" serialının yanında "Murka" özfəaliyyətə bənzəyir. Çünki hər şey çox rəngli, şişirdilmişdir, həyat özü isə yoxdur.

Amma zarafatyana bir mahnı üzərində belə süjetli dram çəkmək də asan iş deyil. Serial mahnının bütün obrazını dəyişə bildi. Serialda olduqca məşhur serial və film ulduzları çəkiliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm