Aktuallığını itirən 5 PEŞƏ
Bizi izləyin

Art

Aktuallığını itirən 5 PEŞƏ

Hər bir əmək vacibdir ki, layiqincə qiymətləndirilsin. Amma tarix göstərir ki, zaman keçdikcə bir çox peşə öz dəyərini itirir, hətta elələri var ki, günümüzdə olduqca qəribə görünür.

Publika.az oxuculara keçmişdə populyar olan, lakin indi hər kəsə qəribə gələ biləcək 5 peşə haqqında məlumat verir.

Orgiya təşkilatçısı

Məlum faktdır ki, qədim romalılar əxlaqi prinsiplərlə çox da dostluq etmirdilər. O zaman onlarda kütləvi seks təşkilatçıları peşəsi kifayət qədər populyar idi. Onların vəzifəsi hər bir iştirakçının meylləri, istəkləri nəzərə alınaraq tədbir üçün müxtəlif ssenarilər hazırlamaq idi.

İstehsalatda qiraətçi

Əmək bölgüsü bəzən işçilər üçün çox yorucu olurdu, çoxları da iş yerlərində yatırdılar. Amma düşüncəli sənayeçilər vəziyyətdən çıxış yolu tapa bilmişdilər. Xüsusi bir nəfər ucadan onlar üçün kitab yaxud qəzet oxuyur, onları əyləndirirdi.

Universal bərbər

Bu adi dəllək işi deyildi, Onlar həm də müasir feldşerlərin sanki bir prototipi olub. Məsələ burasındadır ki, bu peşənin sahibləri saç, üz qırxmaqdan əlavə, massaj edir, bədəndə olan yaralara sarğı qoymaq və xəstənin dişini çıxarmaqla da məşğul idilər.

Boullinq daşlarını düzən

İndi boulinq daşlarını avtomatik aparat düzür və bu adi haldır. Əvvəllər isə onları əllə qurmaq lazım gəlirdi. Amma bu peşə nalayiq iş sayılırdı, ona görə də onun yerinə yetirilməsi üçün kiçik, rəmzi bir haqq ödəyərək küçədən oğlanları cəlb edirdilər.

Kilsədə mühafizəçi

Bu peşə 18-ci əsrdə Böyük Britaniyada təsis edilib. Kilsədə mühafizəçinin əsas vəzifəsi qayda-qanun yaratmaq idi. O, sahibsiz itləri kilsənin həyətindən qovmalı, həmçinin dua edənlərə mane olan səsli-küylü uşaqları zaldan çıxarmaqla məşğul idi.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm