Art
“Nar bağı” “Oskar”a təqdim olundu
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən, "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" şirkətinin birgə istehsalı olan “Nar bağı” daha bir uğur qazanıb.
Publika.az xəbər verir ki, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət
göstərən xarici filmlərin Amerika Kino Akademiyasının Oskar
Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komissiyanın növbəti
iclası keçirilib.
İclasda bir sıra məsələlər müzakirə olunmaqla yanaşı, komissiyanın
qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar bağı” filmi Amerika Kino
Akademiyasının Oskar Mükafatına “Xarici dildə ən yaxşı film”
nominasiyasına təqdim edilib.
Qeyd edək ki, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar
Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf,
quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov,
bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev,
prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Pərviz Hüseyn
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR