Leyla Əliyeva Tbilisidə keçirilən "Canlı həyat" sərgisinin açılışında - FOTO
Bizi izləyin

Art

Leyla Əliyeva Tbilisidə keçirilən "Canlı həyat" sərgisinin açılışında - FOTO

Tbilisidə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə "Canlı həyat" (Live Life) sərgisi açılıb.

Publika.az xəbər verir ki, sərgi Zurab Sereteli adına Müasir İncəsənət Qalereyasında baş tutub. Sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva, Tbilisi meri Kaxa kaladze və onun modelyer həyat yoldaşı Anuki Areşidze, həmçinin Gürcüstan dövlət və hökumət nümayəndələri, parlament deputatları, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Sərgini keçirməkdə məqsəd ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirməkdir.

Tədbiri Gürcüstan Mədəniyyət Naziri Mixail Giorqadze açıb. Sonra Leyla Əliyeva çıxış edib və sərginin keçirilməsi məqsədini açıqlayıb.

Sərgi IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılıb. Sərgidə L.Əliyevanın 11 rəsm əsəri nümayiş olunub.

“Canlı həyat” (Live Life) adlı sərgi layihəsi London, Paris, Berlin və Moskvada da nümayiş etdirilib.

Sərgidə digər azərbaycanlı rəssamlardan Məryəm Ələkbərli, Aylel Heydərova, Timur Ozdəmirov, Rəhim Çopurov, Fidan Novruzova, Nailə Sultanın və gürcü rəssamlardan David Mçedlişvili, Oleq Timçenko, Giqa Kobidze və David Aleksidzenin rəsm əsərləri də nümayiş olunub. Layihənin kuratoru Herve Mikaelofdur.

Sərgi dekabrın 31-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm