Azərbaycanda 69440 avtomobil ...
Bizi izləyin

Avtopublika

Azərbaycanda 69440 avtomobil ...

Cari ilin iyununda Azərbaycanda 69440 avtomobil icbari qaydada sığorta edilib.

Publika.az-ın xəbərinə görə, İcbari Sığorta Bürosundan bildirilib ki, sığortalanmış avtomobillərin 20 minə qədərini xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olmuş maşınlar təşkil edir.

Ötən ay bağlanmış icbari sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının məbləği 5 milyon manatdan çox olmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,28 faiz azdır. Ümumilikdə isə, bu ilin birinci yarısında avtomobillərin icbari sığortası üzrə 416 mindən çox müqavilə bağlanmış və 32,2 milyon manat sığorta haqqı toplanıb..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm