Bakı 2015: 50 gün qaldı – Fəvvarələr meydanında “çal-çağır”
Bizi izləyin

Bakı 2015

Bakı 2015: 50 gün qaldı – Fəvvarələr meydanında “çal-çağır”

Bakıda keçiriləcək I Avropa Oyunlarına 50 gün qalıb.

Publika.az xəbər verir ki, bu münasibətlə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tədbir təşkil edəcək. Tədbirdə BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi Azad Zeynalov, Bakı 2015-in uıduz elçiləri və digər qonaqlar iştirak edəcəklər.

Tədbirdə Azərbaycanın və bir neçə xarici ölkələrin (Fransa, İtaliya, Almaniya və Latviya) tanınmış rəssamları da iştirak edəcək. Tədbir bu gün Fəvvarələr Meydanında (Nizami muzeyinin qarşısında) keçiriləcək.

Xatırladaq ki, 6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi iyunun 12-dən 28-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm