Daha bir arena hazırdır - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Daha bir arena hazırdır - FOTOLAR

Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunda əsas işlər başa çatıb. Arenanın Oyunlara hazırlığını yoxlamaq üçün bu gün burada sınaq yarışı təşkil olunub.

Publika.az xəbər verir ki, Rusiya, Almaniya və Latviyadan 13 qadın və kişi idmançı uzunluğu 358 metr olan zolaq boyunca yürüşlər həyata keçiriblər. Bunu Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər.

Qeyd edək ki, olimpiya standartlarına uyğun inşa olunmuş BMX stadionunda 2 enmə zolağı var. Avropa Oyunlarının proqramına əsasən, 1000 nəfər tamaşaçı tutumuna malik arenada yarışlar iyunun 26-28-də keçiriləcək. Oyunlarda iştirak edəcək 32 kişi və 16 qadın idmançı Avropa Velosipedçilər Birliyinin ölkələr üzrə reytinq siyahısına əsasən müəyyənləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm