Dünyanın ən titullu idmançısı: “Avropa Oyunları deyildikdə ağıla ilk olaraq Azərbaycan gələcək”
Bizi izləyin

Bakı 2015

Dünyanın ən titullu idmançısı: “Avropa Oyunları deyildikdə ağıla ilk olaraq Azərbaycan gələcək”

Kikboks üzrə 21 qat dünya çempionu Eduard Məmmədov 45 gün sonra ölkəmizdə baş tutacaq I Avropa Oyunları haqda fikirlərini bölüşüb.

“Ağ canavar” ləqəbli idmançı I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin müsbət tərəfi ilə bağlı Publika.az-a danışıb. Dünyanın ən titullu idmançısı bir peşəkar kimi idmançılarımızın uğur qazanacaqlarına inandığını bildirib:

“I Avropa Oyunlarının ölkəmizin tanınmasında xüsusi yeri var. Həmçinin biz digər sahələrdə olduğu kimi idmanda da üstünük. İdmançılarımız hamıya göstərir ki, ölkəmizdə inkişaf var, idmançılar üçün hər şərait var. Biz olimpiya oyunlarını Afinayla xatırlayırıq. Çünki ilk dəfə orada keçirilib. İndi Avropa ölkələrinin bu mötəbər turniri ilk dəfə ölkəmizdə keçiriləcək. Bundan sonra Avropa Oyunları deyildikdə ağıla ilk olaraq bizim ölkəmiz gələcək. Təbii ki, bu da bizim üçün sevindirici haldır. Düzdür, kikboks idman növü həmin proqrama salınmayıb. Amma inanıram ki, digər idmançılarımız yaxşı çıxış edib, uğurlar qazanacaqlar”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm