İlk dayanacaq Naxçıvan olduğu üçün qürur duyuram
Bizi izləyin

Bakı 2015

İlk dayanacaq Naxçıvan olduğu üçün qürur duyuram

“Bu qürurverici mərasimin iştirakçısı olduğum üçün özümü xoşbəxt hesab edirəm. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məni də çox sevindirir”.

Publika.az xəbər verir ki, bu sözləri Naxçıvanda, Alov festivalı ilə bağlı fikirlərini bölüşən məşəlçilərdən biri olan voleybol üzrə kişilərdən ibarət Naxçıvan Muxtar Respublikası yığmasının kapitanı, eyni zamanda, Azərbaycan millisinin üzvü Polad Əliyev Azərtac-a açıqlamasında deyib.

O əlavə edib: “Məşəlin bölgələr üzrə səyahətinin ilk dayanacağı Naxçıvan şəhəri olduğu üçün qürur hissi keçirirəm. “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş bu təntənəli mərasim Azərbaycanın idman tarixinin unudulmaz hadisələrindən biri olacaq. voleybol üzrə millimizin üzvüyəm. “Bakı-2015” Avropa Oyunlarında voleybol üzrə yarışlarda da gərgin rəqabətin şahidi olacağıq. Bu mübarizədə ölkəmizin şərəfini uca tutmağa çalışacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm