“Azərbaycan İlk Avropa Oyunlarına hazırdır” – Latviya mediası “Bakı-2015”-i işıqlandırır
Bizi izləyin

Bakı 2015

“Azərbaycan İlk Avropa Oyunlarına hazırdır” – Latviya mediası “Bakı-2015”-i işıqlandırır

Latviyanın “Valmiera24” qəzetində və saytında (valmiera.pilseta24.lv) “Bakı-2015” I Avropa Oyunları barəsində məqalə dərc olunub.


Publika.az xəbər verir ki, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə və Latviya-Azərbaycan Dostluq Birliyinin sədri Azər Abbasovun həmmüəllifliyi ilə dərc olunan “Azərbaycan İlk Avropa Oyunlarına hazırdır” adlı məqalə I Avropa Oyunlarına Latviyanın 70 idmançısının qatılacağı bildirilir: “Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 8 dekabr 2012-ci ildə I Avropa Olimpiya oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib. Bu qərara imza atanlar da yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub. Şübhəsiz ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifədir”.


Məqalədə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə gördükləri işlərdən söz açılır. Yazıda Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Kann şəhərində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı zamanı çıxışından sitat verilib: “Olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub. Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.


Məqalədə Mehriban Əliyevanın “Azərbaycan İlk Avropa Oyunlarını Yay Olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir” fikrinə yer verilib.


“Bunun üçün bütün lazımı tədbirlər həyata keçirilib. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımı işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək. Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz”, - deyə o məqalədə qeyd olunur.


Yazıda Azərbaycan bütün bölgələrində, eləcə də paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqusunun artdığı qeyd olunur: “Bu istiqamətdə Bakının Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir. Layihə çərçivəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilib, əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm