• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Samira Allahverdi Avropa Oyunları ilə bağlı "Çağırış" etdi -VİDEO/FOTOLAR

Samira Allahverdi Avropa Oyunları ilə bağlı "Çağırış" etdi -VİDEO/FOTOLAR

Səhnəmizin ən güclü səs sahiblərindən biri olan müğənni Samira Allahverdi Azərbaycanda keçirilən “Bakı-2015” Avropa Oyunlarına həsr etdiyi klip töhfəsini bu gün jurnalistlərə təqdim edib. İlk dəfə klip təqdimatı keçirən müğənni belə bir addım atmasını da bu möhtəşəm hadisə ilə əlaqədar olmasını bildirib.

“Bilirsiniz ki, klipin rejissoru Ülviyyə Könüldür. Onunla indiyə qədər bir neçə iş birliyimiz olub. Amma heç vaxt klip təqdimatı keçirməmişəm. Bu dəfə qərara gəldim ki, əgər Azərbaycanda ilk dəfə olaraq Avropa Oyunları keçirilirsə, mən idman aşiqi olduğumdan idmançılarımıza həsr etdiyim bu klipə mütləq təqdimat keçirməliyəm. Bu mənim idmançılarımıza ikinci hədiyyəmdir. Buna qədər Ülviyyə xanımla “Qələbə” adlı mahnımız da idmançılarımıza həsr olunub. Mən idmançılarımıza hər zaman dəstəyəm. Bu möhtəşəm hadisənin Azərbaycanda keçirilməsinə hər kəs bacardığı töhfəni verməlidir”.

Sevilən müğənni eyni zamanda mahnıya söz yazmaqda qarşılaşdığı problemdən də söhbət açıb. Belə ki, Samira Sevinc Şirinə müraciət edənə kimi bir neçə söz yazarına müraciət etsə də, heç kəs işinin öhdəsindən gələ bilməyib.

“Sevinc Şirinə təşəkkür edirəm. Bir çox mahnımın sözlərinin müəllifi odur. Bu mahnıya söz yazmaq çox çətin idi. Amerikalı müğənni Cessi Ceyin repertuarından olan bir bəstədir. Sevinc xanımdan öncə bir neçə söz yazarına sözlər üçün müraciət etdim. Əslində Sevinc Şirinlə də iş o qədər asan olmadı. Mahnı qəliz olduğundan Azərbaycan sözlərini ritmə otuzdurmaq olmurdu. Sözü yazmaq üçün 3 dəfə şairə dostumu evimizə qonaq çağırdım. Və nəhayət möhtəşəm əsər tamamlandı”.

Samira Allahverdi həmçinin illərdir eyni rejissorla çalışdığı Ülviyyə Könülün klip bazarından uzaqlaşmasına baxmayaraq, bu klipdə ona dəstək olduğu və rejissorluğu öhdəsinə götürdüyü üçün də ona minnətdarlığını bildirib.

“Bütün kliplərimi çəkən Ülviyyə Könüldür. İlk klipim “Apar məni”dən tutmuş, bu gün təqdim etdiyim “Çağırış” klipimə kimi... Çox sağ olsun ki, bu klipimdə də mənə dəstək oldu”.

Publika.az Samira Allahverdinin “Çağırış” klipinin təqdimat mərasimindən fotoları təqdim edir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR