Avropa Oyunları Təşkilat Komitəsinin nümayəndələri karateçilərlə görüşüblər - FOTO
Bizi izləyin

Bakı 2015

Avropa Oyunları Təşkilat Komitəsinin nümayəndələri karateçilərlə görüşüblər - FOTO

Bakı-2015 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin nümayəndələri ilə karate yarışlarının iştirakçıları yenidən görüşüblər.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, "İnter Arena"da federasiyanın təlim-məşq bazasında görüşdə Avropa Oyunlarında karate yarışlarının meneceri Dmitri Çigenev və texniki-əməliyyatlar meneceri Ana-Maria Stratu qarşıdakı məsul yarışla bağlı növbəti dəfə ətraflı məlumat verib.

Federasiyanın prezidenti Yaşar Bəşirov, vitse-prezidenti Yusif Məmmədov və baş məşçqi Rəhman Hətəmov idmançılara Avropa Oyunlarının böyük məsuliyyət tələb etdiyini bir daha xatırladıb. Bütün rəqiblərin məlum olduğu, Oyunlara son dərəcə ciddi diqqət edilməsinin vacibliyi tapşırğı verilib. Milli komandanın üzvlərini maraqlandıran suallara cavab verilib.

18 may tarixində Bakı Kristal Zalında karate üzrə test yarışının keiriləcəyi bildirilib və bununla bağlı məsələlər müzakirə olunub. Bakı-2015 Avropa Oyunlarında karate yarışları 13-14 iyun tarixlərində olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm