Gülyaz: “Qonaqpərvərliyimizlə əcnəbiləri mat qoymalıyıq”
Bizi izləyin

Bakı 2015

Gülyaz: “Qonaqpərvərliyimizlə əcnəbiləri mat qoymalıyıq”

Xalq artisti, Opera Teatrının solisti Gülyaz Məmmədova paytaxtımızda keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunlarına həvəslə hazırlaşdığını deyib.

Publika.az-a açıqlama verən sənətçi oyunları daha yaxından izləmək arzusunu dilə gətirib: “Dünyada ilk möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi bir vətəndaş olaraq məni çox sevindirir. Nəinki paytaxt Bakıda, bütün Azərbaycanda bayram əhval-ruhiyyəsi yaşanır. Hər kəs bu bayrama tədarük görür. Alov Festivalının özü elə bayram içində bir bayramdır. Televiziyalardan izləyirəm, bölgə camaatı bu hadisədən qürur hissi keçirir. Eyni duyğuları mən də yaşayıram. Buna görə bu fürsəti əldən verməyərək, Avropa Oyunlarını daha yaxından izləyəcəyəm. Nəinki mən, oğlum da mənimlə bərabər olacaq. Düşünürəm ki, bu mötəbər tədbir eyni zamanda övladlarımızın vətənpərvər ruhunu alovlandıracaq”.

Xalq artisti “Bakı 2015” Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən də danışıb: Dünyanın 50 ölkəsinin Azərbaycana gəlişi, Azərbaycan adının bütün dünyada çəkilməsi-bu ölkəmizin müsbət imici deməkdir. Görün nə qədər əcnəbi jurnalist bu tədbiri işıqlandıracaq. Biz öz əməlimiz, qonaqpərvərliyimizlə əcnəbiləri mat qoymalıyıq. Azərbaycan xalqı həmişə qonaqpərvər olub. Ölkəmiz barış carçısı kimi dünyaya yenə də car çəkəcək. Hər bir azərbaycanlını bu tədbirə qatılmağa səsləyirəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm