İspaniyadan 11 güləşçi xalça üzərinə çıxacaq
Bizi izləyin

Bakı 2015

İspaniyadan 11 güləşçi xalça üzərinə çıxacaq

İspaniyanı Bakı 2015 İlk Avropa Oyunlarında 11 güləşçi təmsil edəcək.

Publika.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışlarda yunan-Roma güləşçilərinin mübarizəsində İsmael Navarro (66 kq), Rikardo Gil (75 kq) və Pedro Qarsiya (85 kq) xalça üzərinə çıxacaqlar.

Sərbəst güləşçilərin yarışında Levan Metreveli (57 kq), Yunier Castillo (65 kq), Alberto Martinez (74 kq), Teymuraz Friyev (86 kq) və Jose Kuba (125 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qadınların yarışında İspaniyanı Yevgeniya Busdabad (48 kq), Karima Sançez (53 kq) və Maider Unda (75 kq) təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm