• USD 1,7025 0,00% EUR 1,8566 -0,33%
    • GBP 2,1909 +0,23% RUB 0,0299 -1,67%

Böyük Britaniya jurnalından “Bakı 2015”-ə aid xüsusi buraxılış

Böyük Britaniya jurnalından “Bakı 2015”-ə aid xüsusi buraxılış

Böyük Britaniyada nəşr edilən “Diplomat” jurnalının may-iyun sayı Bakı 2015 Birinci Avropa Oyunlarına həsr edilib.

Publika.az xəbər verir ki, xüsusi nəşr 11 səhifə olmaqla, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb.

Jurnalın xüsusi sayında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müsahibə, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və “Bakı 2015” Birinci Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqin yazıları yer alıb.

Bundan başqa, jurnalda səfir Tahir Tağızadənin bu idman hadisəsinin əhəmiyyəti barədə oxuculara xüsusi mesajı və “Diplomat” jurnalının redaktoru V. Kuffelerin geniş yazısı dərc edilib.

Xüsusi nəşrdə Azərbaycanın beynəlxalq olimpiya hərəkatında iştirakı və indiyə qədər əldə etdiyi nailiyyətlər, eləcə də Bakı 2015 İlk Avropa Oyunlarının qrafiki, yeni tikilən idman qurğuları, yenilənən infrastruktur və iştirak edəcək idmançılar haqqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, 1948-ci ildə təsis edilmiş “Diplomat” jurnalını başda Londondakı diplomatik korpusun üzvləri olmaqla, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvləri, o cümlədən Lordlar Palatasının xarici məsələlərlə məşğul olan üzvləri, Avropa İttifaqının komissarları, yüksək vəzifəli şəxsləri və Avropa Parlamentinin üzvləri oxuyurlar.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR